menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İran dost-düşmənini beləmi tanıdı, ağaye-Qalibaf

17 0
27.06.2026

Futbol üzrə Dünya Çempionatının G qrupunda mübarizə aparan İran yığmasının oyunlarını Azərbaycanda da kifayət qədər azarkeş izləyir(di). Cənub qonşularımızın oyunlara mübariz əhval-ruhiyyə ilə çıxması böyük marağa səbəb oldu. Azərbaycanəsilli oyunçuların da təmsil olunduğu yığmanın sonuncu - Misir millisi ilə qarşılaşmasında mübahisəli penalti qərarına üzülənlər də az deyil.

Amma şübhə etmirik ki, əgər İran yığması pley-off mərhələsinə çıxa bilməyəcəksə, o halda İran parlamentində bu məsələyə görə... Azərbaycanı ittiham edən deputatlar tapılacaq. Bu qənaətim bəlkə də bəzilərini təəccüblənə bilərlər. Amma hər halda biz bu vaxta qədər kifayət qədər absurd iddiaların şahidi olmuşuqsa, İran yığmasının üzvünün penaltini qola çevirə bilmədiyinə görə də... Azərbaycanı ittiham edə bilərlər. Məsələn, iddia edə bilərlər ki, sifariş Bakıdan gəlmişdi, İran millisi “ev”ə qayıtsın deyə...Bu vaxta qədər absurdları azmı eşitdik? İsrail, ABŞ raketlər yağdırdı, İrandan Azərbaycanı təhdid bəyanatları yayıldı. Tehranın hava məkanını aşsüzənə döndərən “düşmən” təyyarələrinə “güldən artıq” söz deyə bilməyənlər Bakını “yer üzündən silərik” deyə, təhdidlərə başladılar. Müharibədə gizlənməyə yer axtaranlar gün üzünə çıxan kimi ABŞ və İsraili yox, Azərbaycanı hədələdilər...

Budur, İranın keçmiş xarici işlər naziri Kemal Xərrazinin qardaşı oğlu və Fransadakı keçmiş səfir Sadiq Xərrazi əmisinin ölümü ilə bağlı tamamilə fərqli və sensasion iddia ilə çıxış edib və məlum olub ki, Kemal Xərrazi heç aldığı yaralardan deyil, inhalyasiya yolu ilə zəhərlənmə nəticəsində dünyasını dəyişib, yəni faktiki olaraq kəşfiyyatın əli ilə aradan götürülüb. Yəni İran daxilində bu qədər faktiki olaraq anti-İran, anti-müsəlman və anti-xalq çevrələrin olmasına görə həm də cavabdehlik daşıyan İran parlamentinin üzvləri nədənsə hər vəchlə Azərbaycan Respublikasını müxtəlif məsələlərə görə ittiham etməkdən sanki zövq alırlar və münasibətləri pozmaqdan ötrü katalizator rolunu oynayırlar.

Bir müddət əvvəl İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəz Zöhrevənd Azərbaycan əleyhinə sərt təhdidlərlə çıxış etmişdi. Bundan sonra İran parlamentinin daha bir üzvü........

© Müsavat