menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İrəvan üçün ev tapşırığının ən asan həll yolu və

12 0
04.07.2026

Ermənistan Konstitusiya Məhkəməsi siyasi partiyaların seçki nəticələrinin etibarsız hesab edilməsi üçün qaldırdığı iddianı rədd edib. Qərarı Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan oxuyub. Qərara əsasən, Mərkəzi Seçki Komissiyasının 259-A saylı qərarı qüvvədə qalacaq. Qərar qətidir və apelyasiya şikayəti verilə bilməz.

Beləliklə, Konstitusiya Məhkəməsinin yeddi siyasi qüvvənin şikayəti gözlənildiyi kimi, təmin edilmədi. “Güclü Ermənistan” və “Ermənistan” blokları, “Çiçəklənən Ermənistan”, “Birlik Qanadları”, “Demokratiya, Hüquq, İntizam”, “Respublika Uğrunda Demokratiya Müdafiəçiləri Birliyi” və “Yeni Qüvvə” partiyalarının bütün cəhdləri iflasa uğradı.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası maksimum nəticələrin hüquqi müstəvidə qorunub-saxlanmasını təmin etməklə yanaşı, rəqiblərinə növbəti noqdaun yaşatdı. Yeddi hakimdən ibarət heyət tərəfindən aparılan məhkəmə prosesinin hansısa qüvvənin iddiasını təmin edəcəyi əslində gözlənilmirdi, çünki Nikol Paşinyan hələ xeyli əvvəl xəbərdarlıq etmişdi: “Onları məhv edəcəyəm!” Xüsusilə də “üçbaşlı müharibə partiyası” ilə bağlı Paşinyanın birmənalı mövqeyi Konstitusiya Məhkəməsinin qərarına həlledici təsir edirdi.

Düzdür, revanşistlərin fərqli arqumentləri var. Məsələn, “Çiçəklənən Ermənistan” partiyasının vəkili və nümayəndəsi Aram Orbelyan məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi səsvermə saxtakarlığında iştirak edib və ya ən azından bunun qarşısını ala bilməyib. Beləliklə, 4 iyulda Ermənistan Konstitusiya Məhkəməsi Milli Məclis........

© Müsavat