menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hayların Ağrı və Alagöz səhvi – deyəsən, bizi də

19 0
30.07.2026

Ermənistan hökuməti az qala hər gün Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa maraqlı olduğunu iddia edir. Elə bu gün baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə vəzifəsində Ruben Rubinyanı kimin əvəz edəcəyi barədə suala cavabında deyib ki, bunu hələ ki bilmir - prosesin necə inkişaf edəcəyi də məlum deyil. “Müvafiq qərarlar qəbul etmək üçün Ankara ilə işi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizə qərar verməliyik”, - Paşinyan deyib.

Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesində İrəvanı təmsil etmiş Ruben Rubinyan hazırda bu vəzifəni tutan Alen Simonyanın əvəzinə parlamentin spikeri postuna namizəd olub. Bundan sonra Ermənistanın növbəti Rubenyanı kim olacaq, hələlik fikirləşirlər.Azərbaycan dövlətinin irəli sürdüyü sülh şərtlərinə əvvəlcə müqavimət göstərsə belə, sonradan bu yolun alternativinin olmadığını Nikol Paşinyan çox yaxşı anladı və ona görə də regional təhlükəsizliyin təminatına aparan, həmçinin Ermənistanı xilas etməyin düstutunu inkar etməyə cürət eləmədi.

Budur, Azərbaycan ötən ildən başlayaraq, Ermənistanın üzünə taxıl yolunu açıb, bu ölkəyə neft məhsulları satır, Paşinyan da məmnunluqla qeyd edir, təşəkkürünü bildirir ki, ölkəsində inhisarçılığa son qoyan addımların müəllifi Azərbaycandır. Digər tərəfdən, Türkiyə ərazisində Gümrü şəhərinə aparan dəmir yolu hissəsinin yenidən qurulmasına başlanılıb. Bu günlərdə Akyaka şəhərinin meri Erduger Toptaş deyib ki, bərpa işləri təxminən iki-üç ay davam edəcək. Qeyd olunur ki, dəmir yolu infrastrukturunun bərpası hər iki ölkə üçün........

© Müsavat