Ermənistanı qaranlıqdan bu iki ölkə çıxara bilər
Ermənistanın keçmiş ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın fikrincə, Türkiyə ilə elektrik enerjisi mübadiləsi üçün əlavə elektrik xəttinin mövcudluğu Ermənistan üçün yeni imkanlar yarada bilər. Lakin bu imkandan yalnız qiymətlərin və şərtlərin əlverişli olduğu halda istifadə etmək məqsədəuyğundur.
Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərə görə, Vardanyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, Türkiyədən elektrik enerjisi idxal ediləcəyi təqdirdə Ermənistanın enerji sisteminin müəyyən hissələrini, hətta bütöv bölgələrini vahid milli şəbəkədən ayıraraq Türkiyənin enerji sisteminə qoşmaq lazım gələcək. Bu isə ölkədaxili enerji sisteminin dayanıqlılığına mənfi təsir göstərəcək. Eyni vəziyyət Türkiyənin Ermənistandan elektrik enerjisi idxal etməsi halında da yarana bilər.
Erməni mediası xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl ölkənin enerji sisteminin Türkiyə və Azərbaycanla, eləcə də Gürcüstan və İranla sinxronlaşdırılmasının vacibliyini bildirmişdi. Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanın elektrik şəbəkələrindən istifadə etməklə daha geniş ixrac bazarlarına çıxış əldə edə və ya elektrik enerjisinin tranzitindən gəlir qazana bilər. Oktyabrın 5-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla Türkiyənin elektrik enerjisinin ötürülməsi üzrə korporasiyasının baş direktoru Mustafa Pustu arasında İrəvanda keçirilən görüşdə Gümrü-Qars elektrik verilişi xəttinin bərpası və istifadəyə verilməsi məsələləri müzakirə olunub. Sahə üzrə bəzi ekspertlər Ermənistanın enerji sisteminin Türkiyə ilə birləşdirilməsinin ciddi risklər yarada biləcəyini düşünürlər. Vardanyan isə bu qiymətləndirmələrlə tam........
