menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bütün Ermənistan Zəngəzur dəhlizinə çevrilsinmi?

26 0
29.10.2026

Ermənistanda demək olar ki, hər gün Zəngəzur dəhlizi – TRİPP marşrutu ilə bağlı geniş müzakirələr aparılır. Əslində bu, təbii qəbul olunmalıdır. Əvvəla, ona görə ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalar mövzunun aktuallığını təmin edir.

Digər tərəfdən, iki qitəni birləşdirəcək bu layihənin məntiqi sonluğu Ermənistan üçün fövqəladə əhəmiyyət kəsb edir. Nikol Paşinyan özü etiraf etdi ki, 8 avqust razılaşmalarından sonra Ermənistan dalandan çıxmağa nail oldu, indi təsəvvür edin, Avropa və Asiya arasında həyata keçirilən nəhəng nəqliyyat rabitəsi bu, illərin “dalan dövləti” üçün nə qədər geniş perspektivlər açır...

Ermənistanda ağlı kəsən uşaqdan – böyüyədək, rəsmidən qeyri-rəsmilərədək hər kəs Azərbaycana, onun liderinə ömürlük minnətdar olmaq əvəzinə, baxırsan ki, TRİPP marşrutu – Zəngəzur dəhlizi mövzusunda dodaq büzürlər, şübhələri içlərini yeyib-dağıdır, kin-küdurət sərgiləyirlər, yeri gəldi-gəlmədi hətta Paşinyanı ittiham edirlər. Xəstə cəmiyyət ayılmır ki, ayılmır, zərərli stereotiplərdən xilas ola bilmir.

Diqqət edin, bu günlərdə Ermənistan parlamenti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib. Səsvermənin nəticələrinə baxın: layihənin lehinə 63 deputat səs verib, 32 nəfər isə əleyhinə çıxıb. Absurdların ölkəsi, parlamenti başqa necə ola bilər? Zəngəzur dəhlizi – TRİPP-dən böyük faydalar gələcək ölkənin ali qanunverici orqanının üçdə bir hissəsi tarixi anlaşmaya qarşı çıxıb.

Bizim filmdə deyir e: “İstəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?” Cavab belə olur ki, “Yox!” Rəhmətlik də qayıdır ki, “Düz deyirsən, səni elə tanımasalar, yaxşıdır”. Ermənistan parlamentinin azı 32 deputatı, həmin o revanşist mövqeli, xəstə düşüncəli hay dəstəsi Ermənistanın inkişafını, çiçəklənməsini, künc-bucaqdan çıxmasını........

© Müsavat