Ay-ulduzlu bayrağımızı yandıranlarla “ulduzumuz”
Tarixi Azərbaycan şəhərində - İrəvandakı o çirkin hadisənin kadrlarını – qardaş Türkiyənin bayrağına od vurulmasını görəndə ilk ağıla gələn “bunlar düzələn...deyillər”, ifadəsi oldu. Həmkarlarla müzakirələrdə də ilk səslənən, yazılan bu ifadə idi. Hətta gecənin bir aləmində bu görüntünü müzakirə etdiyim ünlü türk diplomatlarından birinin də reaksiyası olaya adekvat idi: “Bunlar adam olmaz. Düşmənliklə bəslənirlər. İt hürər, karvan keçər!”
Son illər bəzilər hayların islah olunduğunu zənn edirdilər. Hətta “dostluq təranələri”ni zümzümə edənlər də artmaqdaydı. Amma hayların “dabbaqda gönünə bələd olanlar” aldanmamağı tövsiyə edərək, təkcə son iki əsrdə başımıza gətirilənləri unutmamağı zəruri sayırdılar. Elə Azərbaycanın dövlət başçısının da dəfələrlə bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasından ötrü həm də tariximizi unutmamağı, qan yaddaşımızı diri saxlamağı önəmli tapşırıq olaraq diqqətimizə çatdırması təsadüf deyildi.
Budur, Ermənistandakı sülh nağıllarının ortaya çıxartdığı mənzərə hər kəsin gözləri qarşısındadır. Bu qədər görüşlər, təmaslar, Türkiyə və Azərbaycana ünvanlı hiyləgər ismarıclaq, sonra da saxta “soyqırım” gününə həsr olunan “məşəl yürüşü”ndə qos-qocaman dövlətin bayrağının yandırılması! Kim bilir, bəlkə elə Türk bayrağına Azərbaycandan göndərilən benzini səpib, odlayıblar. Azərbaycanın Ermənistan üçün tranzit yolu – taxıl yolu açmasına Ermənistandan ilkin reaksiyaları da unutmamışıq. Demişdilər ki, bu taxılı yesək, zəhərlənib, ölərik. Bir neçə il öncə Xankəndidəki separatçılar Azərbaycan dövlətinin Ağdam istiqamətindən guya “acından ölən” mülki ermənilərə un yollamaq istəyəndə də cavab belə olmuşdu: “Ölərik, türk çörəyi yemərik!” Hələ Əskəran qalası yaxınlığında yolu da kəsmişdilər, Azərbaycan TIR-ları Xankəndiyə ərzaq aparmasın deyə...Bu cür hikkələri gördük ötən illərdə...
Kimsə deyə bilər ki, yox, Nikol Paşinyan və komandası fərqli mövqedədir. Yaxasına “Real Ermənistan”ın xəritəsini sancıb hələ də sənədləşdiriməmiş ölkənin ərazisini........
