menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ankarada “Dünya 5-dən böyükdür” ETİRAFI

16 0
previous day

Yüksək qürur hissi ilə qardaş Türkiyədəki 36-cı NATO Zirvəsini izləyirik. Tarixi toplantıda Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri iştirak edir. Dövlət və hökumət başçılarının şərəfinə düzülmüş hərbi qarovul, milli geyimli orkestrin ifa etdiyi “Mehtər marşı”nın sədaları belə altında addımlayan qonaqlar bu mənzərəni ömür boyu unutmayacaqlar heç şübhəsiz. Ağ Evin sahibi Donald Trampın Türk əsgərinə “Merhaba, asker!” xitabına prezident Rəcəb Tayyib Ərdoğanın alqış reaksiyasından tutmuş, ali qonaqlarla səmimi görüşmələr də tarixin pozitivləri sırasına həkk olundu.

Düzdür, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüş anında da “Mehtər marşı”nın səslənməsi bəzi türk düşmənlərini qorxudub, yenə də deyinməyə başlaşıblar, amma mənasız yerə…Türkiyə ilə dost olan qazanacaq, düşmənçiliyi davam etdirən yox, bunu gərək unutmasınlar, xüsusən də qonşuluqdakılar!

Ankaradan görüntüləri izlədikcə, Türkiyə və Rəcəb Tayyib Ərdoğan haqqında açıqlamaları dinlədikcə Türkiyə Liderinin illər öncə “Dünya 5-dən böyükdür” ifadəsini səsləndirərkən nə qədər haqlı olduğuna bir daha əminlik yaranır adamda. Bu tarixi ifadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu və BMT Təhlükəsizlik Şurasının strukturuna qarşı irəli sürdüyü məşhur siyasi doktrinadır. Cənab Ərdoğan bu qısa və tarixi fikri ilə BMT-nin qərarlarında həlledici səs hüququ olan 5 daimi üzvə - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransaya ünvanlı sözünü demişdi. Ərdoğan Türkiyəsinin üstünə ən müxtəlif istiqamətlərdən gəldilər, xain hücumlar etdilər, proksi qüvvələrini hərəkətə gətirdilər, qardaş ölkəni terrorla ürəyindən vurmağa, diz çökdürməyə çalışdılar, Avropa İttifaqının kandarında saxlamağa cəhd etdilər, hətta NATO təhdidi də oldu…Lakin nə iqtisadi, nə siyasi, nə hərbi, nə də digər istiqamətlərdən təzyiqlər, basqılar effekt verdi, Türkiyə dimdik ayaqda qaldı, yoluna davam etdi. Türkiyəni F-35 qınağına çəkdilər, məqsədlərinə nail ola bilmədilər. Bu ölkənin iqtisadiyyatını çökdürməkdən ötrü ən müxtəlif planlar işə salındı, müəyyən problemlər yaşansa da, nə vətəndaşı dövlətdən küsdürə bildilər, nə də dövləti sarsıda. Əksinə, Türkiyə bu xain hücumlardan toparlanmaq üçün dərs........

© Müsavat