menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yük

25 0
03.04.2026

Müharibə regionun güc balansını dəyişdi: ABŞ-ın təsiri azalır, yeni aktorlar önə çıxır və Yaxın Şərq çoxqütblü sistemə keçir.

Yaxın Şərqdə gedən müharibənin nə vaxt başladığı artıq ikinci dərəcəli məsələdir. Onun nə vaxt və hansı şərtlərlə bitəcəyi də hələ aydın deyil. Hansı tərəfin qalib gələcəyi barədə dəqiq proqnoz vermək belə mümkünsüz görünür. Amma bir məsələ artıq mübahisə doğurmur: müharibə nəticəsindən asılı olmayaraq, region ciddi şəkildə dəyişib.

Bu qarşıdurma yalnız hərbi əməliyyatlar silsiləsi deyil. Bu, Yaxın Şərqdə onilliklər ərzində qurulmuş güc strukturunun deformasiyasıdır. Mövcud sistem hələ formal olaraq mövcuddur, lakin onun daxili mexanizmləri əvvəlki kimi işləməkdə çətinlik çəkir.

Qərb analitiklərinin getdikcə daha açıq şəkildə vurğuladığı kimi, məsələ artıq “kim qalib gələcək” sualı deyil. Daha fundamental sual budur: bu münaqişədən sonra hansı aktorlar yeni reallığa uyğunlaşa biləcək, hansılar isə köhnə sistemlə birlikdə zəifləyəcək.

Müharibə hələ davam edə bilər. Cəbhələr genişlənə, aktorlar dəyişə, hətta müvəqqəti razılaşmalar əldə oluna bilər. Lakin bu, əsas tendensiyanı dəyişmir. Region artıq geri dönüş nöqtəsini keçib.

Yaxın Şərq yeni mərhələyə daxil olur — daha qeyri-müəyyən, daha parçalanmış və daha çoxqütblü bir mərhələyə.

ABŞ və İsrail: güc qalır, təsir azalır

Soyuq müharibədən sonra regionda əsas oyunçu ABŞ idi, İsrail isə onun əsas dayağı. Bu model uzun müddət sabit görünsə də, bu gün onun sərhədləri aydın görünür.

Foreign Affairs yazır: “America is no longer the uncontested power in the Middle East".

(ABŞ artıq Yaxın Şərqdə mübahisəsiz güc deyil)

Bu, ABŞ-ın hərbi gücünün yox olması deyil, onun siyasi təsir imkanlarının məhdudlaşmasıdır.

The New York........

© Müsavat