SSRİ-ni çökdürən "petrodollar modeli" indi kimə
Enerji diktaturası: Fars körfəzi necə silaha çevrildi?
Fars körfəzi regionu XX əsrdən etibarən dünya siyasətində və iqtisadiyyatında mühüm strateji əhəmiyyətə malik olmuşdur. Bu region həm zəngin enerji ehtiyatlarına sahib olması, həm də qlobal ticarət marşrutlarının əsas hissəsini təşkil etməsi ilə böyük güclərin diqqət mərkəzində olmuşdur. Bu baxımdan “Orta Doğu” – Yaxın Şərq anlayışının siyasi leksikona daxil edilməsi və regiona dair geosiyasi strategiyaların formalaşması təsadüfi deyildir.
“Yaxın Şərq” termini 1902-ci ildə amerikalı strateq Alfred Thayer Mahan tərəfindən irəli sürülmüş və sonradan beynəlxalq siyasi terminologiyada geniş yayılmışdır. Bu anlayış ilkin olaraq Böyük Britaniyanın Hindistana gedən strateji yollar üzərində nəzarətini qorumaq məqsədi ilə istifadə edilsə də, sonrakı dövrlərdə regionun enerji resursları səbəbilə ABŞ üçün də həyati əhəmiyyət kəsb etməyə başlamışdır.
ABŞ-ın Fars körfəzi ilə bağlı ən mühüm siyasi yanaşmalarından biri Jimmy Carter dövründə formalaşmışdır. 1980-ci ildə elan edilən Karter Doktrinasına əsasən, Fars körfəzi regionuna xarici güclərin nəzarət cəhdləri........
