menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İran müharibəsinin gücləndirdiyi 7 ölkə: Azərbay

40 0
12.03.2026

XXI əsrin geosiyasi xəritəsi tədricən yeni reallıqlar əsasında formalaşır. Bu prosesə təsir edən əsas hadisələrdən biri Şərqi Avropada davam edən müharibə, digəri isə Yaxın Şərqdə enerji marşrutları ətrafında yaranan gərginlikdir.

Bir tərəfdə Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avrasiyanın şimal tranzit xəttinin təhlükəsizliyini sual altına qoyub. Digər tərəfdə isə Fars körfəzi regionunda artan gərginliklər qlobal enerji sisteminin əsas boğazlarından biri olan Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı riskləri artırır.

Hörmüz boğazı qlobal enerji sisteminin ən kritik nöqtələrindən biridir. Qlobal neft istehlakının və qazın (LNG – mayeləşdirilmiş qaz) təxminən 20%-i məhz bu dar su yolundan keçir. Buna görə də bu boğazda yaranan hər hansı böhran yalnız regional deyil, həm də qlobal iqtisadi sabitliyə təsir göstərən hadisədir.

Əgər Hörmüz boğazı uzun müddət bağlanarsa və ya tanker axını ciddi şəkildə məhdudlaşarsa, dünya enerji xəritəsində yeni geosiyasi reallıq formalaşa bilər. Körfəz ölkələrinin ixrac etdiyi neft bazara tam həcmdə çıxmadıqda alternativ istehsalçılar və alternativ marşrutlar birdən-birə strateji əhəmiyyət qazanır.

Belə bir vəziyyət artıq qlobal enerji bazarında yeni balans yaradır. Analitiklərin fikrincə, mövcud gərginlik ən azı yeddi ölkənin geosiyasi mövqelərini gücləndirə bilər. Bu ölkələr arasında ABŞ, Rusiya, Norveç, Braziliya, Kanada və Qazaxıstan kimi böyük enerji istehsalçıları var.

Bu siyahının yeddinci ölkəsi isə xüsusi diqqət çəkir — Azərbaycan.

Azərbaycanın üstünlüyü yalnız enerji ehtiyatları ilə bağlı deyil.........

© Müsavat