menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kəna

26 0
26.03.2026

İran ətrafında baş verən müharibə Yaxın Şərqi deyil, bütövlükdə Avrasiya məkanını silkələyir. Bu prosesin ən az danışılan, amma ən strateji nəticələrindən biri isə Cənubi Qafqazın rolunun kəskin şəkildə dəyişməsidir. Uzun illər bu region alternativ marşrut kimi təqdim olunurdu. Bu gün isə vəziyyət fərqlidir. Alternativlər daraldıqca, Cənubi Qafqaz məcburi keçid xəttinə çevrilir.Almaniyanın beynəlxalq yayım platforması “Deutsche Welle”-də dərc olunan “Iran war boosts strategic significance of South Caucasus” adlı məqalə bu dəyişimi açıq şəkildə göstərir. Bu platforma təsadüfi media qurumu deyil. DW Almaniyanın xarici siyasətini dolayı şəkildə formalaşdıran əsas kanallardan biridir. Burada səslənən fikirlər yalnız jurnalist müşahidəsi deyil, həm də Qərbin regiona necə baxdığının göstəricisidir.Məqalənin müəllifi Isaac Holmberg region üzrə ixtisaslaşmış jurnalist kimi faktları və ekspert rəylərini bir araya gətirərək sadə, amma sərt bir nəticəyə gəlir. Müharibə marşrutları dəyişir. Bu dəyişiklik isə........

© Müsavat