İran–Azərbaycan münaqişəsi niyə baş vermədi: "Th
ABŞ-da fəaliyyət göstərən analitik platformada (The National Interest) dərc olunan “Why Azerbaijan and Iran Stepped Away from Confrontation” (Azərbaycan və İran niyə qarşıdurmadan geri çəkildi) adlı məqalə regionda baş verən proseslərə sistemli baxış təqdim edir. Məqalənin müəllifi beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitik Wilder Alejandro Sanchez-dir.
Bu yazının dərc olunduğu platforma təsadüfi deyil. Bu tip analitik mərkəzlər — beynəlxalq münasibətlərdə “think tank” adlandırılan beyin mərkəzləri — Qərb siyasi qərarvermə sisteminə birbaşa təsir edən strukturlardır.
Onlar siyasət formalaşdırmır, amma yön verirlər. Qərar qəbul etmirlər, amma çərçivə cızırlar. İctimai rəy yaratmırlar, amma onu istiqamətləndirirlər. Bu baxımdan belə məqalələr sadəcə analiz deyil. Bu, siqnaldır. Bu, xəbərdarlıqdır.
Məqalənin əsas tezisi aydındır: Azərbaycan və İran arasında gərginlik real idi, lakin tərəflər onu şüurlu şəkildə eskalasiyaya çevirmədilər.
“Several analyses expressed concern that the conflict would spill over into the Caucasus.” (Bir çox analitiklər münaqişənin Qafqaza keçə biləcəyindən narahat idi.)
Bu ehtimal təsadüfi deyildi. Çünki konkret hadisə baş verdi.
“On March 5, Iranian drones crossed into Azerbaijani territory and attacked the Nakhchivan International Airport.” (Martın 5-də İran dronları Azərbaycan ərazisinə daxil olaraq Naxçıvan Beynəlxalq Hava Limanına hücum etdi.)
Bu, artıq diplomatik gərginlik yox, hərbi insident idi. Üstəlik: “Another Iranian drone reportedly hit a school in Shakarabad.” (Digər İran dronu Şəkərabad kəndində məktəbi vurdu.)
Belə hadisələr adətən müharibəyə aparır. Amma bu dəfə fərqli oldu. “Thankfully, the incident in Nakhchivan did not escalate.” (Sevindirici haldır ki, Naxçıvan........
