Böyük güclərin gizli xəritəsində Azərbaycan hara
Müasir geopolitikada bir ölkənin kimliyi onun özünü necə təqdim etməsindən çox, başqalarının onu necə gördüyü ilə ölçülür. Azərbaycan bu baxımdan nadir nümunədir. Ölkə dəyişmir, lakin ona yönələn baxışlar dəyişir. Eyni dövlət müxtəlif güc mərkəzlərinin gözündə fərqli məna qazanır.
Qərb mediası üçün Azərbaycan artıq periferiyada yerləşən ölkə deyil. O, getdikcə strateji dayağa çevrilən aktor kimi təqdim olunur:
“Azerbaijan is a strategic pivot in a volatile region”.
(“Azərbaycan qeyri-sabit regionda strateji dayağa çevrilmiş əsas aktordur”.)
Bu yanaşma sadəcə analitik fikir deyil — bu, artıq qəbul olunmuş reallığın ifadəsidir. Azərbaycan Qərb üçün enerji təhlükəsizliyinin təminatçısı, İran qarşısında balans nöqtəsi və Şərqlə Qərbi birləşdirən logistika platformasıdır. O, artıq izlənilən deyil, istifadə olunan geosiyasi resursdur.
Alman baxışı isə daha ehtiyatlıdır:
“Der Südkaukasus bleibt eine fragile Balancezone”.
(“Cənubi Qafqaz hələ də həssas balans zonası olaraq qalır”.)
Bu yanaşmada Azərbaycan nə açıq tərəfdaşdır, nə də açıq təhlükə. O, risk mühitində yerləşən aktordur. Almaniya üçün əsas məsələ təsir dairəsini genişləndirmək yox, mövcud sabitliyi qorumaqdır. Bu səbəbdən Bakı burada imkan yox, potensial risk kimi........
