menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Azərbaycan üçün Şirvanşah modeli: Kiçik dövlətin

30 0
02.04.2026

Tarix böyük dövlətlərin necə yarandığını yox, kiçik dövlətlərin necə sağ qaldığını daha dəqiq göstərir. Tarix emosiyanı yox, nəticəni yadda saxlayır.

Şirvanşahlar bunu sübut edən ən uzunömürlü siyasi modellərdən biridir. Bu dövlət təxminən 861-ci ildən 1538-ci ilə qədər – 677 il mövcud olmuşdur. Qafqaz üçün, bütövlükdə dünya üçün bu, nadir davamlılıqdır.

Şirvanşahlar böyük imperiyalar arasında yox olmadılar, mədəniyyət yaratdılar, amma bir həqiqətdən qaça bilmədilər. Bu coğrafiyada təkcə ağıllı olmaq kifayət etmir. Onlar oyunu düzgün oynadılar, amma güc oyununun qaydaları dəyişəndə tarix onları bağışlamadı.

Şirvanşah – ağılın zirvəsi

Rus şərqşünası Vladimir Minorsky Şirvan haqqında yazırdı: “Shirvan was one of the most enduring political entities in the Caucasus.” (“Şirvan Qafqazda ən uzunömürlü siyasi qurumlardan biri idi”.)

Alman tarixçisi Vasily Bartold daha dəqiq ifadə edir: “Small states survived not by strength, but by flexibility.” (“Kiçik dövlətlər güclə yox, çevikliklə sağ qalırdı”.)

Şirvanşahlar bunu sübut etdi. Bu dövlət təsadüfi yaranmamışdı. Onun kökü VIII əsrdə Qafqaza gələn ərəb mənşəli şeybanilərə (Bəni Şeyban) dayanırdı. Bu tayfa dini missioner deyildi. Onlar Ərəb xilafətinin hərbi-siyasi dayağı kimi bu torpaqlara yerləşdirilmişdi. Məqsəd sadə idi: idarə etmək, vergi toplamaq və regionu nəzarətdə saxlamaq.

Lakin tarix burada dönüş etdi. Bu ərəb mənşəli sülalə zamanla yerli mühitə qarışdı, türkləşdi və artıq kənardan gəlmiş........

© Müsavat