Avropa Azərbaycandan asılılığa doğru gedir? Yeni
İtaliyanın Baş naziri Corcia Meloninin Bakıya səfəri ilk baxışda adi diplomatik hadisə kimi görünə bilər. Amma bu səfərin mahiyyətinə diqqətlə baxanda aydın olur ki, burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Bu, əslində Avropanın enerji siyasətində baş verən böyük dönüşün bir fraqmentidir.
Son illərdə dünya sürətlə dəyişir. Xüsusilə 2022-ci ildən sonra, Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Avropanın enerji sistemi ciddi sarsıntı yaşadı. Onilliklər boyu qurulmuş enerji balansı bir anda riskə çevrildi. Rusiya qazı artıq təkcə iqtisadi resurs deyil, siyasi təzyiq aləti kimi qəbul olunmağa başladı. Bu isə Avropanı alternativ axtarışına məcbur etdi.
Məhz bu məqamda Azərbaycan ön plana çıxdı.
Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı yeni deyil. Bu münasibətlər 1990-cı illərdən başlayaraq sistemli şəkildə qurulub və illər keçdikcə dərinləşib. İtaliya bu prosesdə xüsusi yer tutur. Uzun müddətdir ki, Azərbaycan neft və qazının əsas istiqamətlərindən biri məhz bu ölkədir. Bu........
