ABŞ–İran böhranının gizli qazananları: Moskva, P
The New York Times, The Wall Street Journal və Al Jazeera yazır ki, Tehran Vaşinqtonun təklifinə Pakistan vasitəsilə cavab verib, lakin Donald Tramp bu cavabı “tamamilə qəbuledilməz” adlandırıb
ABŞ ilə İran arasında davam edən qarşıdurma artıq lokal münaqişə çərçivəsini aşaraq qlobal sistemə təsir edən çoxqatlı böhrana çevrilib. Bu, yalnız hərbi əməliyyatlar və diplomatik bəyanatların toqquşması deyil; eyni zamanda enerji bazarları, beynəlxalq nəqliyyat marşrutları və böyük güclərin təsir uğrunda mübarizəsinin yeni mərhələsidir.
Xinhua yazır ki, İranın təqdim etdiyi yeni layihə təklifi konkret şərtlər ehtiva edir: “The proposal highlights the need to immediately end the war… and provide guarantees for the non-repetition of the aggression against Iran.” (“Təklif müharibənin dərhal dayandırılmasını və İrana qarşı aqressiyanın təkrarlanmayacağına zəmanət verilməsini vurğulayır.”)
Eyni mənbəyə görə, Tehran həm də sanksiyaların ləğvini və blokadanın aradan qaldırılmasını tələb edir:
“It also demands… rescinding U.S. sanctions… and the release of Iran's frozen assets.” (“Təklif ABŞ sanksiyalarının ləğvini və İranın dondurulmuş aktivlərinin azad edilməsini tələb edir.”)
Bundan əlavə, İran 30 günlük keçid dövrü ərzində bu addımların həyata keçirilməsini istəyir.
Qərb mediasının məlumatına görə, Tehran Vaşinqtonun son sülh təklifinə cavabını Pakistan vasitəsilə çatdırıb. Reuters yazır:“Iran officially responded to a U.S. proposal… through Pakistan, which is acting as a mediator.” (“İran ABŞ-ın təklifinə rəsmi cavabını vasitəçi rolunu oynayan Pakistan üzərindən çatdırıb.”)
Al Jazeera də eyni məlumatı təsdiqləyir: “Iran’s response to a US proposal to end the war has been sent via mediator Pakistan.”........
