menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Siyasi həqiqətləri gizlədən suallar

10 0
latest

​Əlbəttə ki, heç bir fikir, yanaşma, yaxud düşüncə tərzi universal sayılmaz və istənilən fikri rahatlıqla mübahisələndirmək olar. Ələlxüsus ona görə ki, bəzən mübahisə zamanı yaşanan emosiyalar həqiqəti unutdurur və onu diqqətdən kənarda saxlayır. Bu da bir danılmaz həqiqətdir ki, siyasətin ətrafında hər zaman sirlər dolaşacaq. Sirlər olan yerdə isə cavabsız qalmış suallar da olacaq. Bəzən baş verən hadisələrin əsl mahiyyət və səbəbini anlamaq üçün doğru sualların verilməsi prinsipial məsələyə çevrilir. Çünki, yanlış suallar yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxara bilir.

“Yeni Müsavatın” səhifələrində akademik polemikanı açmaq niyyətində deyilik, buna heç ehtiyac da yoxdur. Mahiyyət etibarı ilə mürəkkəb olan akademik yanaşma insanları daha da çaşdıracaq və açıq sualların sayını təbii olaraq artıracaq. Buna baxmayaraq bizi düşündürə biləcək suallardan qaçmaq olmaz, əksinə onları səsləndirmək lazım, çünki düşündürən suallar vətəndaşı qərəzli manipulyasiyalardan və kənardan zorla yeridilən hazır yad düşüncə modellərdən qoruya bilər. Sağlam cəmiyyətin qurulması prosesində manipulyasiyaların, xüsusilə ideoloji manipulyasiyaların neytrallaşdırılması məsələsi olduqca vacib vəzifədir. Digər tərəfdən, cavabsız qalmış sualların sayı azaldıqca “alverçi” təfəkkürlü siyasətbazların manevr imkanları da məhdudlaşır.

​Mövcud kontekstin inkişafında oxucunu yormadan, əksinə onu düşündürəcək və mövzuya maraq yaradacaq, həmçinin bəzi siyasi həqiqətlərin qapılarını müəyyən qədər aralayacaq bir neçə sualı burada qeyd edək. Nədən bizi israrla inandırmağa çalışırlar ki, çoxpartiyalılıq demokratiyanın mükəmməl təzahürüdür? Əgər belədirsə niyə demokratiyanın “beşiyi” hesab olunan ABŞ-da tarix boyu keçirilən müxtəlif seçkilərdə əsas “rəqabət” yalnız demokrat və respublikaçılar arasında gedir? Nədən məhz populyar və müasir hesab olunan “reytinq” məfhumu........

© Müsavat