Türkiyənin əsl böyüklüyü İslam adına nə qədər gü
Həqiqi müsəlman olmaq əvəzinə siyasi islamçı, məzhəbçi və ya təriqətçi olmağın ağır nəticələri olur
Musavat.com tanınmış hərbi-siyasi ekspert Abdullah Ağarın Türkiyənin regional və qlobal təsir imkanları, dinin siyasi məqsədlər üçün istismarı və İslamın həqiqi mahiyyəti barədə qələmə aldığı yazını təqdim edir.
Müəllif hesab edir ki, Türkiyənin dayanıqlı ittifaqlar, təhlükəsizlik və sülh yaratması üçün gücə deyil, ədalətə, mənəvi üstünlüyə və fərqli düşüncələri bir arada saxlaya bilən ortaq zəmində dayanan yanaşmaya ehtiyacı var.Türkiyənin sistem qurmaq iddiası və həqiqi İslam - Abdullah Ağarın yazısı
Regional miqyasda, xüsusilə Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə və Balkanlarda, eləcə də qlobal müstəvidə təsirli olmaq; dayanıqlı ittifaqlar, təhlükəsizlik və sülh yaratmaq, sistem qurmaq; öz daxilində sabitliyi və sülhü təmin etmək istəyən Türkiyə dini və dövləti öz maraqları üçün istifadə edən, doqmalarla hərəkət edən qurum və anlayışlarla bunu BACARA BİLMƏZ.
* Siyasi və/və ya ideoloji islamçılarla;* FETÖ kimi özünü mülayim islamçı göstərən qurumlarla;* Əl-Qaidə və ona bənzər radikal islamçı qruplarla;* Dindən öz maraqları üçün istifadə edən, özlərindən başqasını “haqlı” saymayan camaat və təriqətlərlə;* Məzhəbçiliklə;* İslami görünən, lakin krallıq, xilafət və sultanlıq kimi tək adama, ailəyə və ya klana əsaslanan idarəçilik anlayışları ilə bunu BACARA BİLMƏZ.
Bu cür qurumların necə istifadə olunduğu, ziddiyyətləri və kimə bağlı olduqları ortadadır.
Həqiqi müsəlman olmaq əvəzinə siyasi islamçı, məzhəbçi və ya təriqətçi olmağın nəticələri olur. Belə yanaşmalar həm müqavimətlə, həm rəddlə, həm etirazla, həm də qabaqlayıcı tədbirlərlə üzləşir.
Xüsusilə Sovet ideologiyasından miras qalmış analitik, dünyəvi və dövlət mərkəzli düşüncə genetikası daşıyan, artıq son dərəcə praqmatik ağıl formalaşdıran, çox fərqli aktorlarla əlaqələr quran Qafqazda və Türküstanda…
Xüsusilə ərəb və fars imperializminin tarixi mirasını........
