menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Xocalının “Böyüməyən uşaqlar”ı BÖYÜYÜR

41 0
01.03.2026

2014-cü ildən bəri hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrindən zənglər alıram. Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirlmiş “25 uşaq”dan bəhs edən (o uşqaların ən kiçiyi Xocalı soyqırımı yaşındadır.) “Böyüməyən uşaqlar” kitabını istəyirlər.

Əminəm ki, bu kitabı başqa biri yazsaydı, zənglər ona gələcəkdi. Dəqiq olanı odur ki, bu zəng müəllifə gəlmir, “Böyüməyən uşaqlar”a gəlir. Bu həm də onu göstərir ki, “Böyüməyən uşaqlar” Xocalı soyqırımının əbədi atributuna çevrilib.

Hiss edirəm ki, bu kitab mətndən böyükdür, hadisəni xatırlatmqla yanaşı izah edir.

Görürəm ki, “Böyüməyən uşaqlar” kitabı məhz belə bir topludur, belə bir məsuliyyətin adıdır. Bu kitab Xocalı soyqırımını ən sərt, təsirli, inandırıcı təbəqəsini önə çıxarır.

Bu təbəqə isə uşaqlardır, uşaq şahidliyidir. Uşaq şahidliyi isə emosional arqumentlərdən uzaq, faktın ən təmiz formasıdır. Çünki uşaq şahidliyi bəzən ən ağır cümləni ən sadə sözlə deyir. Necə deyərlər, “şərh” vermir, “göstərir”.

Kitabın müəllifi özüm olsam da, nə səbəbdəndir bimirəm, onu tez-tez varaqlayıram, hər dəfə də yeni nəsə görürəm. Burada əsas məqam odur ki, 25 uşağın dəhşətli həyat heykayələri bir-birini tamamlayır. 25 taleyin ortaq kökü görünür.

Bu kitabda bir gecənin yüzlərlə günə necə yayıldığı, bir travmanın onilliklər boyu necə yaşadığı görünür. Ən dəhşətlisi odur ki, kitabda “yaş almaq”la “böyümək” arasındakı fərq aydın olur.

Məhz fərq kitabın adında kodlaşdırılıb və cəmiyyətin yaddaşına mesaj verir. Bu mesajı dünyaya çıxarmaq üçün isə yalnız qələm kifayət etmirdi, sistemli dəstək tələb edirdi. Sistemli dəstək isə Heydər Əliyev Fondunun xətti ilə təmin olundu.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Mənə görə bu tarix həm də 25 uşağın içində dayanan vaxtın adıdır. Həmin gecə 25 uşağın ata-anası onların gözləri önündə qətlə yetirildi. Baş verənlər tək ölümü........

© Modern.az