Üçüncü Dünya Müharibəsi başladı - Qəzan mübarək, dünya!
Tarix nə qədər dərs versə də, çox vaxt insanlar hadisələrin miqyasını tam anlamır. İnsanlar hadisələrin içində yaşayarkən bunun hansı nəticələrə gətirib çıxaracağını dərk etmir. Çox illər sonra tarix həmin hadisələrin qiymətini verir.
İndi dünyada baş verən hadisələr də belədir. Yəqin hər kəsi bir sual maraqlandırır, biz hansı dövrdə yaşayırıq?
Dünya həqiqətənmi sülh dövründədir? Belə sülh olurmu? Yoxsa bəşəriyyət yeni bir qlobal qarşıdurmanın içindədir? Belə qarşıdurma olurmu? Hər yer, hər şey qeyri-müəyyənliklər içindədir.
Dünya müharibəsi anlayışı tarixdə acı, ağrı, itki, xarabalıqlar mənasın daşıyır. Klassik mənada dünya müharibəsi müxtəlif qitələrində yerləşən çoxsaylı dövlətlərin iştirak etdiyi qlobal hərbi qarşıdurma deməkdir. Bu müharibələr cəbhələrdə aparılsa da, iqtisadiyyatları, siyasi sistemləri və insanların həyat tərzini kökündən dəyişir.
Dünya müharibələri dünya düzənini dəyişir. Onlar imperiyaları dağıdır. Yeni dövlətlər yaradır. Qlobal güc balansını dəyişir. Dünya müharibələri milyonlarla insanı öldürü.
Tarixdə rəsmi olaraq iki böyük dünya müharibəsi baş verib. 1914-cü ildə baş berən Birinci Dünya Müharibəsi, 1939-cu ildə baş verən İkinci Dünya Müharibəsi...
Bu müharibələrin hər ikisi insanlıq tarixində ən qanlı hadisələr kimi yadda qalıb.
Amma maraqlı məqam ondan ibarətdir ki, bu müharibələr başlananda heç kim onların “dünya müharibəsi” olduğunu bilmirdi.
Birinci Dünya Müharibəsinin necə başlamışdı...
1914-cü ilin yayında Avropada ciddi gərginlik yaşanırdı. Dövlətlər arasında rəqabət artırdı. İmperiyalar güclənmək istəyirdi. Silahlanma yarışı sürətlənirdi.
Avropa iki böyük hərbi blok arasında bölünmüşdü. Bir tərəfdə Almaniya və Avstriya-Macarıstan, digər tərəfdə isə Fransa, Böyük Britaniya və Rusiya imperiyası vardı.
Müharibənin qığılcımı isə Bosniyanın Sarayevo şəhərində baş verdi. 1914-cü il 28 iyunda Avstriya-Macarıstan taxtının varisi Frans Ferdinand serb millətçisi tərəfindən öldürüldü.
Bu hadisə tarixə Sarayevo sui-qəsdi kimi düşdü. Avstriya-Macarıstan Serbiyaya ultimatum verdi. Bir neçə həftə sonra isə müharibə elan edildi.
Əvvəlcə bu münaqişə regional görünürdü. Yuxarıda qeyd etdiyimiz kimi, kimsə dünya savaşının başladığını ağlından........
