menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Türkiyə Azərbaycandan, Azərbaycan Türkiyədən vaz keçməz

31 0
28.09.2026

Türkiyəni ən yaxından tanıyan jurnalistlərdən biri olduğumu düşünürəm. Jurnalist dostlarımın sayəsində Türkiyənin az qala bütün bölgələrini, şəhərlərini, kəndlərini gəzmişəm. Ankaranı, İstanbul küçələrini, İzmir sahillərini, Antalyanın yollarını görmüşəm. Türkiyəni coğrafiyası ilə yanaşı, insanları ilə tanımışam.

Bir həqiqəti çoxdan anlamışam ki, Türkiyə bizim düşündüyümüz qədər sadə ölkə deyil. Türkiyə müxtəlif siyasi baxışların, ideoloji cərəyanların və fərqli maraqların bir araya gəldiyi böyük bir ölkədir. Dünyanın böyük güclərinin maraqlarının ildırım kimi toqquşduği,  kəsişdiyi yerdir. Burada Azərbaycanı ürəkdən sevən, Azərbaycana məsafəli yanaşan, hətta Türkiyənin özünə qarşı olan qüvvələr mövcuddur.

2008–2009-cu illər yadımdadır... Ankara, İstanbul, İzmir, Antalya və digər bölgələrdə da Xocalı soyqırımına həsr olunmuş fotosərgilər təşkil edirdik. Azərbaycanın ağrısını Türkiyəyə anlatmağa çalışırdıq. Mütləq qeyd etməliyəm ki, həmin tədbirlərin arxasında Türkiyəli dostlarımızın əməyi dayanırdı. Maddi xərcləri qarşılayan, salon axtaran, afişa hazırlayan, jurnalistləri tədbirə gətirən, Xocalı həqiqətlərini öz qəzetində, televiziyasında, saytında yayımlayan türkiyəli həmkarlarımız vardı. Onların içində Mehmet Ali Dim kimi Azərbaycan məsələsində illərdir açıq mövqe nümayiş etdirən jurnalist dostumuz var.

2008-ci ildə Antalyada təşkil etdiyimiz Xocalı fotosərgisində gecə saatlarında fotoların oğurlanması hadisəsini də xatırlayıram. Məsələ araşdırıldı və hadisənin........

© Modern.az