menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rasim Balayevin ölməyə haqqı yoxdur

26 0
30.03.2026

Bəzən insan çox qəribə hissə qapılır. Bu hissi izah da etmək olmur. Sənə elə gəlir ki, bu dünyada elə adamlar var ki, onlar heç vaxt ölə bilməz. Sən onlara bu haqqı verə də bilmirsən. Bildiyin odur ki, bu şəxslər insan olmaq sərhədlərini keçiblər, xalqın dəyərinə çevrilib yaddaşına həkk olunublar. Onlar sevgi ünvanı, hər kəsin açacağı qapıdırlar.

Dünən zaman səssizcə gəlib belə qapılardan birini döydü. O qapı ki, içində işıq saçan Rasim Balayev yaşayırdı.

Zaman gəlib bir epoxanın pərdəsini çəkdi.

Sanki Azərbaycanın kino zalında qəfl işıqlar söndü.

Adama elə gəldi ki, Babəkin........

© Modern.az