menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ağıllı olmaq ağılsızlıqdır - dünya dar paltarda qaçır

38 0
18.03.2026

Qəribə vaxta gəlmişik. Bəzən sənə elə gəlir ki, hər şeyi bilirsən, hərdən isə hiss edirsən ki, sənin bu dünyadan ümumiyətlə xəbərin yoxdur. Dünya köhnə paltarını çıxarıb dar paltar geyən qocaya bənzəyir.   İndi baş verənləri adam anlaya bilmir.

Bir müddət öncə Tramp Venesuelanın prezidenti Maduronu Amerikaya qaçırdı. Ona gözün üstə qaşın var deyən olmadı. Bu xəbərə inanan da oldu, gülüb keçən də... Qorxudan dodağı yara tökən də tapıldı. Əslində isə heç kim nə baş verdiyini tam anlamadı. Çünki bu dövrdə xəbər yox, versiya var. Həqiqət montajda, reallıq təqdimatdadır.

İndi də başqa bir dəb yaranıb. Ayrı-ayrı ölkə liderləri bir-birini öldürürlər. İsrail Seyid Əli Xameneini öldürdü deyə xəbər yayıldı. Onun cəsədini betonun altından tapdılar, göstərdilər. Görüntü xeyli şübhəli idi. Nə sirdisə, bu dövrdə ölüm də tam olmur. Ölən adam az keçməmiş sosial mediada görünür, paylaşım edir.

İran dedi Netanyahunu öldürüb. Ardından Netanyahu sosial mediaya çıxıb danışdı, kofe içdi. Heç nə olmamış kimi göründü. Adam bilmir necə etsin, kimə, nəyə inansın. Bu nədirsə, yeni dəbdir.

Onlardan qabaq Rusiya........

© Modern.az