Xaricdə təxribat cəhdi: İnsidentin arxasında kimlər dayanır?
Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsürün Vaşinqtonda heç bir əxlaq normalarına sığmayan, aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı otelin qarşısında törətdikləri hərəkətlərin məqsədli şəkildə şişirdilməsinə start verilib. Kimlər dayanır bunun arxasında? Əlbəttə ki, o insanları ora göndərən ABŞ-dəki şovinist erməni dairələri!
Təbii ki, həmin dairələr bu qurama prosesin necə sonuclanacağını yaxşı bilirdilər. Bilirdilər ki, Prezidentin güclü mühafizə xidməti var və onların gözündən yayınıb otelə daxil olmaq əsla mümkün deyil. Ona görə də ssenari sadəcə görüntü üçün hazırlanmışdı; bir neçə aşağı əxlaqlı insanın aqressiv qışqırtısı, kobud kəlmələri üzərindən Azərbaycan Prezidentinin əleyhinə işləyən bir kampaniyanı tirajlamaq əsas niyyət idi.
Hamı yaxşı anlayır ki, belə hadisələr təsadüfi xarakter daşımır. Əgər ortada bir uğur, qələbə varsa, bunu gözdən salmağa cəhd göstərən kifayət qədər bədxah tapılacaq. İstər ölkə xaricində, istər ölkə daxilində. Azərbaycanın nüfuzu artır, beynəlxalq platformalarda davamlı təmsil olunur, xarici dövlətlərlə isti münasibətlər qurur, xüsusilə böyük güc olan ABŞ ilə indiyə qədər olmayan strateji tərəfdaşlığın........
