menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İslamofobiya – İslam qorxusu necə, niyə, kimlərdə və haralarda yaranır?.. –MÜALİCƏ ÜSULLARI...- II HİSSƏ

53 0
10.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

"Dini mənsubiyyətinə görə insanları alçaldan, onları cəmiyyətin düşməni kimi təqdim edən paylaşımlar qarşılıqlı münasibətlərə zərər vurur. Bununla yanaşı, dini hökmləri və din xadimlərinin fəaliyyətini təhqirə yol vermədən tənqid etmək ifadə azadlığının bir hissəsidir..."

 

“Cəmiyyətin mənəvi gücü hamının eyni düşünməsində deyil, fərqli düşünən insanların bir-birinə ədalətlə yanaşa bilməsindədir…”

 

-FİKİR SAVAŞI...-

 

Ötən bəhsimizdə islamofobiyanın tarixi, siyasi, sosial və psixoloji səbəblərinə, ayrı-ayrı ölkələrdə təzahürlərinə nəzər saldı. Söhbətimizin ikinci hissəsini isə əsasən bu suallar üzərində quracağıq:

(I hissə burada: )

 

Bəs əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda islamofobiyaya meyillilik varmı? 

 

Dünyada və ölkəmizdə İslam qorxusu problemini qarşıdurma yaratmadan, sivil və optimal şəkildə necə həll etmək olar?

 

Bəs fərdi psixologiyadan qaynaqlanaraq ictimai düşmənçiliyə çevrilə bilən bu təhlükəli sosioloji-psixoloji xəstəliyi elə gerçək İslamın üsulları ilə müalicə etmək mümkündürmü?..

 

Azərbaycanda islamofobiya varmı?..

 

Azərbaycan tarixən İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri olub. Ölkəmizdə məscidlər, dini ziyarətgahlar və əsrlər boyu formalaşmış dini-mənəvi ənənələr mövcuddur. Eyni zamanda, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, dünyəvi dövlət quruluşuna malik ölkədir.

 

Bəs əhalisinin əksəriyyətinin müsəlman olması Azərbaycanda islamofobiyanın mövcud ola bilməyəcəyi deməkdirmi? Əlbəttə, yox. Hər hansı dinin geniş yayılması həmin dinə və onun ardıcıllarına qarşı heç bir qərəzin olmadığına zəmanət vermir. Bununla belə, Azərbaycanda islamofobiyanın nə dərəcədə yayıldığını göstərən əhatəli və etibarlı araşdırmalar olmadan problemin miqyası barədə qəti nəticə çıxarmaq da düzgün olmaz.

 

Əvvəlcə anlayışları dəqiqləşdirək. İslamofobiya müsəlmanlara dini mənsubiyyətlərinə görə qorxu, düşmənçilik, nifrət və ayrı-seçkilik göstərilməsi, onların bütöv bir qrup kimi təhlükə mənbəyi təqdim olunmasıdır. Bir insanın dinə inanmaması, dini hökmlərlə razılaşmaması və ya dini qurumları tənqid etməsi isə öz-özlüyündə islamofobiya sayılmır...

 

Məsələn, bir şəxs rüşvətxor din xadimini tənqid edirsə, bu, dinə qarşı düşmənçilik deyil, konkret davranışa etirazdır. Amma həmin şəxsin hərəkətlərinə görə bütün müsəlmanları savadsız,........

© Moderator