menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Bu gün kütlələri aldadaraq, zorlayaraq yönləndirmə prinsipləri quldarlıq dövründəkindən çox da fərqlənmir...”- II

31 0
28.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

"İnsanları arqumentlə inandırmaq başqa şeydir, onların həqiqəti qiymətləndirmək imkanlarını zəiflədərək istənilən nəticəyə yönəltmək isə tamam başqa şey!.."

 

"Ən təhlükəli məqamlardan biri də budur: qorxu içində olan insan bəzən azadlığının məhdudlaşdırılmasına özü razılıq verir..."

 

“Bəs aldadılmaq,  manipulyasiya olunmaq təhlükəsində olan vətəndaş necə davranmalıdır?.. İlk növbədə özünə belə suallar verməlidir: irəli sürülən təhlükə hansı faktlarla təsdiqlənir? Məlumatın müstəqil mənbələrdə də təsdiqi varmı?..”

 

“Qorxunun hökm sürdüyü yerdə sual vermək çətinləşir. Halbuki məhz qorxu anında sual vermək daha vacib olur!..”

 

-DÜŞÜNCƏ BOXÇASI...-

(I hissə burada:)

 

Birinci hissədə avtoritar, totalitar, diktator idarəçiliyinə əsaslanan, teokratik, kleptokratik və monarxik sistemlərdə insanların aldadılması, qorxudulması, şərlənməsi və manipulyasiya edilərək yönləndirilməsi üsullarından bəhs etdik. Göstərməyə çalışdıq ki, əsrlər, minilliklər keçsə də, insanları öz iradəsinə tabe etmək istəyənlərin məqsədləri çox vaxt dəyişmir. Dəyişən, əsasən, bu məqsədlərə çatmaq üçün istifadə edilən vasitələrdir...

 

Bəs demokratik idarəçilik ənənələrinin və institutlarının üstünlük təşkil etdiyi ölkələrdə vəziyyət necədir? Doğrudanmı azad seçkilərin keçirildiyi, müstəqil medianın fəaliyyət göstərdiyi, məhkəmələrin və parlamentlərin mövcud olduğu cəmiyyətlərdə insanları aldatmaq, onların düşüncələrini istiqamətləndirmək, ictimai rəyi öz maraqlarına uyğun formalaşdırmaq mümkün deyil?..

 

Əlbəttə ki, mümkündür!..

 

Üstəlik, müasir texnologiyaların, nəhəng maliyyə resurslarının, sosial şəbəkələrin, reklam sənayesinin və məlumatların təhlili imkanlarının genişləndiyi bir dövrdə bu proseslər daha mürəkkəb, daha incə və bəzən daha çətin sezilən formalar ala bilir. Fərq ondadır ki, avtoritar sistemlərdə insanı susdurmaq üçün onun ağzını bağlamağa, qapısını döyməyə, işindən qovmağa, həbs etməyə və ya fiziki zorakılıqla hədələməyə ehtiyac duyula bilər. Demokratik institutların işlədiyi cəmiyyətlərdə isə ictimai rəyə təsir göstərmək istəyənlər bəzən insanın ağzını bağlamaq əvəzinə, onun ətrafında elə bir informasiya mühiti yaradırlar ki, həmin insan özü istədiklərindən başqa heç nəyi eşitmək, oxumaq və müzakirə etmək istəmir...

 

Birinci halda insana danışmağa imkan vermirlər. İkinci halda isə insanı elə istiqamətləndirirlər ki, o, özündən fərqli düşünənlərin danışmaq hüququnu məhdudlaşdırmağa belə hazır olur.

 

Məgər bu, azadlığın itirilməsinin daha mürəkkəb forması deyilmi?..

 

DEMOKRATİYA VƏ MANİPULYASİYA: SEÇİM AZADLIĞI HƏMİŞƏ ŞÜURLU SEÇİM DEMƏKDİRMİ?..

 

Demokratiyanın əsas prinsiplərindən biri vətəndaşların hakimiyyəti formalaşdırmaq, siyasi qərarlara təsir göstərmək və hakimiyyəti dinc yolla dəyişmək hüququna malik olmasıdır. Lakin seçkinin keçirilməsi ilə seçicinin bütün zəruri məlumatlara malik olması, həmin məlumatları sərbəst qiymətləndirməsi və qərarını təzyiqsiz verməsi eyni şey deyil.

 

Seçici seçki məntəqəsinə özü gedə, bülletenini özü doldura və heç kim tərəfindən fiziki zorakılığa məruz qalmadan səs verə bilər. Amma onun qərarına təsir edən məlumatlar əvvəlcədən sistemli şəkildə təhrif edilibsə, rəqiblər haqqında yalanlar yayılıbsa, bir namizədin imkanları və uğurları şişirdilib, digərinin mövqeyi isə bilərəkdən təhrif olunubsa, onda qarşımıza başqa bir sual çıxır: insan hüquqi baxımdan sərbəst seçim etdiyi halda, informasiya baxımından nə dərəcədə sərbəstdir?..

 

Deməli, seçki azadlığı yalnız bülletenin gizliliyi və səsvermə məntəqəsinə sərbəst daxil olmaqla ölçülə bilməz. Vətəndaşın müxtəlif mənbələrdən məlumat almaq, namizədlərin vədlərini müqayisə etmək, hakimiyyətin fəaliyyətini tənqid etmək, alternativ fikirləri dinləmək və siyasi təzyiq olmadan qərar vermək imkanları da mühüm əhəmiyyət daşıyır.

 

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: siyasi təsir göstərmək cəhdi ilə manipulyasiya eyni şey deyil. Siyasətçilərin öz proqramlarını təbliğ etməsi, tərəfdar toplaması, seçiciləri inandırmağa çalışması demokratik rəqabətin təbii hissəsidir. Problem o zaman yaranır ki, inandırma prosesi faktların təhrifinə, saxta məlumatlara, gizli maliyyələşdirməyə, sübutsuz ittihamlara, seçicilərin qorxularından sui-istifadəyə və rəqiblərin hüquqlarının məhdudlaşdırılmasına söykənir…

 

Başqa sözlə, insanları arqumentlə inandırmaq başqa şeydir, onların həqiqəti qiymətləndirmək imkanlarını zəiflədərək istənilən nəticəyə yönəltmək isə tamam başqa şey!..

 

1. PULUN SİYASİ GÜCƏ ÇEVRİLMƏSİ: BİR İNSANIN SƏSİ İLƏ MİLYONLARIN MƏLİYYƏ RESURSU ARASINDAKI FƏRQ…

 

Demokratik cəmiyyətlərdə manipulyasiyanın mühüm istiqamətlərindən biri sərvətin siyasi təsir imkanlarına çevrilməsidir. Formal baxımdan hər seçicinin bir səsi var. Milyonçu da, milyarder də, minimum əməkhaqqı ilə yaşayan insan da seçkiyə qatıldıqda eyni sayda səs verir. Lakin seçkiyə qədərki mərhələdə onların siyasi prosesə təsir imkanları heç də həmişə bərabər olmur.

 

Bir vətəndaşın fikrini bir neçə dostuna çatdırmaq imkanı varsa, böyük maliyyə resurslarına malik şəxs milyonlarla insana hesablanmış reklam kampaniyalarını maliyyələşdirə, siyasi təşkilatlara vəsait ayıra, peşəkar kommunikasiya qruplarını işə götürə, ictimai müzakirələrin gündəliyinə təsir göstərə bilər. Beləliklə, hüquqi baxımdan bərabər seçki hüququ ilə faktiki təsir imkanları arasında ciddi fərq yarana bilər.

 

ABŞ-da Trampın qalib gəldiyi 2024-cü il prezident seçkiləri bu məsələnin konkret nümunələrindən biri oldu…

 

Donald Trampın prezidentliyə namizədliyini dəstəkləyən........

© Moderator