menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Adamın bir abır-həyası olar!..” -İnsan üçün ən vacib hicab nədir?..-Cümə bəhsləri

25 0
16.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Bəli, olar! Olmalıdır da!.. Çünki ağıl insana düşünməyi, iman inanmağı, həya isə insan qalmağı xatırladır…”

 

“Bəzi savadlı, təhsilli, ancaq həyati gerçəklikləri anlamaq baxımından cahil valideynlər özlərinin həya, əxlaq çərçivələrini aşan övladları barədə fəxrlə belə cümlələr işlədirlər: “Mənim qızımın heç bir kompleksi yoxdur- sərbəstdir...”

 

“Bu cür aparıcı liderlər öz həyasızlıqlarını təkcə öz ölkələrinə deyil, bütün dünyaya yoluxdururlar. Onların davranışları cəmiyyətlərə belə bir mesaj verir: guya gücün varsa, istədiyini edə, istədiyini söyləyə, istədiyin prinsipi tapdalaya bilərsən. Halbuki...”

 

“Həya - insanın daxilindəki mənəvi nəzarət mexanizmidir: onu haqsızlıqdan, alçaqlıqdan, zülmdən, xəyanətdən, başqasının ləyaqətini tapdalamaqdan çəkindirən daxili sərhəddir...”

 

“Bir rəvayətdə Allah-Təalanın ağıl, iman və həyanı yaratmasından sonra onların bir-birindən ayrılmaq istəmədikləri nəql edilir: ağıl və iman həyasız qalmaq istəmədiklərini bildirirlər…”

 

“Həmçinin abır-həya bəzilərinin düşündüyü kimi, insanların, o cümlədən uşaq və gənclərin də azadlığına, inkişafına maneə deyil. Əksinə... insana davranışlarının, həyat tərzinin, geyim-geciminin əxlaqi, mənəvi sərhədlərini anladaraq onu nəfsinin, sonda isə başqalarının qulu olmaqdan qoruyan bir qaladır..”

 

“Bəli, adamın abır-həyası olar! Vəzifəsi, sərvəti, silahı, ordusu, nüvə başlığı, beynəlxalq nüfuzu ola bilər. Fəqət bunların heç biri insana mənəvi məsuliyyətdən yayınmaq, başqalarının həyatını heçə saymaq, özbaşınalığı haqq kimi təqdim etmək səlahiyyəti vermir...”

 

Bu gün sizə elə bir məfhumdan bəhs edəcəyəm ki, bütövlükdə müasir dünyada, əksər ölkələrdə, o cümlədən doğma Azərbaycanda bir çox insan tərəfindən unudulub, yaxud ən yaxşı halda unudulmaq üzrədir. Söhbət abır-həyadan gedir. Bəli, vaxtilə insanın tərbiyəsinin, mənəviyyatının, daxili zənginliyinin ən mühüm göstəricilərindən sayılan, böyüklərimizin dilindən düşməyən, ailələrdə, məktəblərdə, məhəllələrdə tez-tez eşitdiyimiz “Adamın abır-həyası olar!” ifadəsindən...

 

Allah-Təalanın insanın idrakına, dilinə, nitqinə və yaddaşına yerləşdirdiyi hər məfhumun özünəməxsus mənası, təsiri, assosiasiyası, mənəvi yükü və nəticəsi var. Bu mənada yaşayışımız, həyat tərzimiz, hətta rifah səviyyəmiz də gündəlik düşündüyümüz, dilə gətirdiyimiz və bir-birimizə münasibətdə işlətdiyimiz sözlərin, ifadələrin məzmunundan və işlənmə tezliyindən müəyyən dərəcədə asılıdır. Hansı sözlərin işlədilməsi və onların nə qədər tez-tez səslənməsi isə ilk növbədə ailə, məhəllə, məktəb və bütövlükdə cəmiyyət mühitindən, həmin mühitlərin mənəvi inkişafından və ya tənəzzülündən xəbər verir...

 

Bu saat 18, 25, 35 yaşlı gənclərin düşüncəsində və nitqində işlənən sözlərlə 20-30-50 il əvvəlki nəsillərin, eləcə də hazırda 40-60-70 yaşlarında olan insanların işlətdikləri sözlər arasında ciddi fərqlər var. Məsələn, ar, abır, həya məfhumlarını götürək. Ətrafınızı bir qədər diqqətlə dinləyin və düşünün: bu gün həmin sözlər gün ərzində neçə dəfə işlədilir? Onları daha çox kimlər dilə gətirir? Bir vaxtlar tərbiyənin, əxlaqın, insanlıq ölçüsünün ayrılmaz hissəsi olan bu anlayışlar niyə gündəlik danışığımızdan getdikcə uzaqlaşır?..

 

Hələ təxminən 2010-cu ildə, orta məktəbdə müəllim işlədiyim dövrdə, altıncı sinifdə keçirdiyim növbəti dərslərdən birində şagirdlərə tərbiyə haqqında qısaca danışarkən fikirlərimi əsaslandırmaq üçün “həya” sözünü işlətdim. Sinifdə daha çox intizamsızlığıyla seçilən qız şagirdlərdən biri əlini qaldırıb:

 

— Müəllim, həya nə deməkdir? — deyə soruşanda, öz-özlüyümdə dəhşətə gəldim.

 

Həmin şagirddən:

 

— Heç atan-anən bu barədə sənə danışmayıb? — deyə soruşdum. “Yox” cavabını aldıqdan sonra üzümü sinfə tutdum. Yaxşı ki, şagirdlərdən bir neçəsi “həya”nın nə demək olduğunu birtəhər izah edə bildi...

 

Bu hadisə məni bir anlıq on-on iki il əvvələ, 1990-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində cəmiyyətdə arsızlığın, həyasızlığın təbliği barədə yazdığım bir neçə köşə və satirik yazıya qaytardı. Həmin yazılarda dünyada və məmləkətimizdə cəmiyyətə arsızlıq, abırsızlıq təlqin etmək üçün sanki müəyyən təşkilatlanmış mərkəzlər və qüvvələr tərəfindən geniş kampaniya aparıldığını vurğulayırdım...

 

O vaxtlar artıq teleekranlarda “səhnə ulduzları” kimi təbliğ edilən Aygün Kazımova, Brilyant Dadaşova, Samir Bağırov kimi müğənnilərin geyimlərini, davranışlarını, həyat tərzlərini, mahnılarını, kliplərini və televiziya çıxışlarını milli-mənəvi və dini dəyərlərimizə zidd hesab edir, onların vasitəsilə cəmiyyətə arsızlığın, həyasızlığın, əxlaqi sərhədlərin aşınmasının təlqin olunduğunu yazırdım. Hətta belə hallara qarşı hüquqi tədbirlərin görülməsini, qanunvericilikdə zəruri hesab edilən dəyişikliklərin nəzərdən keçirilməsini və sonda  bu cür ictimai........

© Moderator