Zahid Oruc: ""Canlı yayım istismarı” bütün ölkələr üçün xarakterikdir…"
Zahid ORUC,
Milli Məclisin Komitə sədri
****
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün ölkəmizdə böyük ehtiramla qeyd olunduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin altıncı ildönümünə qədəm qoyduğumuz, işğaldan azad edilən Şuşa şəhəri və digər azad torpaqlarda 34 ildən sonra vətəndaşlarımızın təhlükəsiz, ləyaqətli və dayanıqlı yaşayış şəraitində məskunlaşdığı bir dövrdə Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun sayca 21-ci İllik Məlumatını müzakirə edir.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət göstərdiyi dövrün mühüm hissəsi torpaqların işğal altında qaldığı, beynəlxalq nəzarətdən kənarda “boz zonalarda” insan alveri, qanunsuz miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarının geniş yayıldığı mərhələ kimi xarakterizə olunur.
Qürurla vurğulayaq ki, Milli Koordinatorun təqdim etdiyi İllik Məlumat ərazi bütövlüyü və dövlət suverenliyimizin tam bərpasından sonrakı dövr üzrə artıq üçüncü hesabatdır. Milli Məclisdə aparılan müzakirələrə ötən on illərlə müqayisədə baxıldıqda, ölkəmizdə təhlükəsizlik şəraiti və kriminogen sabitliyin təminatında köklü dəyişikliklər baş verib. Vaxtilə işğal və təmas xətti ərazilərində indi dövlət hakimiyyəti tam bərpa olunub, “boz zonalar” aradan qaldırılıb, keçmiş məcburi köçkünlərin təməl hüquqları bərpa olunub və təhlükəsiz həyata dönüş ediblər.
İnsan alveri müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri olaraq, yalnız hüquq-mühafizə orqanlarının qarşısında dayanan problem deyil, cinayətlərin coğrafiyası beynəlxalq terror qədər çoxşaxəlidir.
2025-ci il üzrə beynəlxalq hesabat və qiymətləndirmələrdə xüsusi vurğulanır ki, müharibələr, silahlı münaqişələr, iqtisadi böhranlar və beynəlxalq təhlükəsizlik problemləri insan alverinin yayılmasına birbaşa təsir göstərir.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2025-ci ildə yayımladığı Ukrayna üzrə xüsusi araşdırmada qeyd olunur ki, müharibə nəticəsində milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsi insan alveri risklərini əhəmiyyətli dərəcədə artırıb, xüsusilə qadınlar, uşaqlar və miqrantlar transmilli cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilib.
Beynəlxalq statistikaya nəzər saldıqda görürük ki, 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanı qeydə alınıb, ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanı müəyyən edilib.
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.
İlk növbədə, institusional mexanizmlərin gücləndirilib, qanunvericilik bazası təkmilləşdirilib, müvafiq hüquqi aktlara, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Göründüyü kimi, mübarizənin hüquqi bazası beynəlxalq meyarlara və aparıcı təşkilatların tövsiyələrinə tam uyğundur.
Yeni Milli Fəaliyyət Planında vurğulandığı kimi, ölkəmizdə insan alveri cinayətləri və onun formaları ümumilikdə bütün cinayətlərin 1 faizini təşkil etmir.
Ona görə də sayca 5-ci olan MFP-nın hazırlanması mühüm hadisədir və təkmilləşən qanunvericilik siyasəti baxımından təqdir olunur.
İnsan alverinə qarşı dünya təcrübəsində həyata keçirilən fəaliyyətlərdə “4P model”i qəbul və təsdiq edilib. Yəni, Prevention-qabaqlayıcı tədbirlər,........© Mia.az
