menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ

9 0
previous day

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

***

Prezident İlham Əliyevin ötən ilin 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində əldə edilən  sülh razılaşmasından bir il keçir.

Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğu, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığı bu səfər mühüm məqamları ilə tarixə yazıldı. Səfər  ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda sabitliyin təminatı baxımından deyil, bütövlükdə müasir dünyamızda həllini gözləyən bir çox münaqişələr üçün dönüş nöqtəsi kimi dəyərləndirildi. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsasən ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan sülh və təhlükəsizlik tərəfdarı olduğunu təsdiqlədi.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması sülh razılaşmasının imzalanmasına etibarlı, hüquqi keçid oldu. Vaşinqton görüşlərində illərdən bəri uğursuz, səmərəsiz fəaliyyəti ilə diqqətdə  olan Minsk qrupunun tərəflərin birgə razılığı ilə ləğv olunması sülhə doğru atılan mühüm addım kimi dəyərləndirildi. 

 Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması, Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək bəndlər yer aldı. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi  haqqında razılaşma da həmin səfərin  uğurlu nəticələri sırasında oldu. Dövlət başçısı İlham Əliyev həmin səfər çərçivəsində   Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha bildirdi ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.

ABŞ-ın keçmiş prezidenti........

© Mia.az