Təəssüf etməli, yoxsa sevinməli? - VAHİD TAĞIYEV YAZIR
Vahid TAĞIYEV,
Təcrübəli təhsil işçisi
***
İlk növbədə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil prosesinin bütün iştirakçılarını, təhsilimizin təəssübünü çəkən hər bir insanı təbrik edir, uğurlar arzulayıram!
Yeni dərs ilinin başlanması ilə əlaqədar bu sahədə qarşıda duran vəzifələr və bir çox məsələlər barədə son günlər ictimaiyyətə açıqlamalar verilir. Bir reallıq ortadadır ki, prinsip etibarilə Elm və Təhsil Nazirliyinin aradan qaldırmaq barədə indi düşündüyü problemlər illərlə davam edib.
Səsləndirilən fikirləri dinlədikcə düşünürsən: qeyd olunan problemlərin dərinləşib sistemə bu qədər ağır zərbə vurmasından əvvəl, onları qabaqlayıcı tədbirlərlə vaxtında aradan qaldırmaq olmazdımı?
Axı, insafən, prosesi görən, onun içərisində olanlar həmişə, müxtəlif səviyyələrdə bu məsələləri aidiyyəti üzrə qaldırır, deyir, yazırdılar...
Problemləri hər kəs durduğu yerdən, öz səviyyəsindən və malik olduğu məlumatlardan çıxış edərək görür. Həmişə fikirləşirəm, bəlkə bilmədiyimiz məqamlar çoxdur. Amma bütün hallarda bu gün peşəkar yanaşma kimi görünən bir çox məsələnin niyə bu qədər gecikdiyini fikirləşməli olursan...
Əlbəttə, təhsil sistemində illərlə yığılıb qalan problemlərin olduğunu, çətinliklərin mövcudluğunu bilirik. Ancaq söhbət bəzi məsələlərə vaxtında və haradan başlamağın daha düzgün seçim olmasından gedir. Ədalət naminə, illərlə yığılıb qalmış bir çox vacib, əhəmiyyətli məsələlərin həlli istiqamətində çox işlər görülmüşdür və bunlar dəyərləndirilməlidir.
İndi istər nazirlikdə, istərsə də regionlarda çox bacarıqlı kadrlar yetişib. Ancaq ilkin müşahidə olunan odur ki, onlar çox vaxt təşəbbüslə çıxış edə, məsuliyyəti öz üzərinə götürə, aparıcı liderə çevrilə bilmirlər. Görünür, bunun üçün lazımi şərait yaradılmır, yaxud lazımınca səlahiyyət verilmir...
Son illərin ən böyük uğurlarından biri yüksək səviyyədə akademik........© Mia.az
