menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Təhsilə tənqidi yanaşmada məsuliyyət haqqında - Vahid Tağıyev yazır

27 0
20.04.2026

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

Təhsilə yanaşmada müşahidə etdiyim bəzi meyllər haqqında düşünürəm ki, bütün hallarda sağlam niyyətli tənqid peşəkar olmalı, nöqsanların aradan qaldırılmasına xidmət etməlidir.

Cəmiyyət üçün vacib mövzularda müzakirələrə hər zaman ehtiyac var. Bu müzakirələr düzgün istiqamətdə, düşünülmüş və səviyyəli təqdim olunduqda fayda verir. Dəyərlərə olan tələbat da məhz belə müzakirələr və uğurlu praktik təcrübələrin nəticələri ilə formalaşır, dərinləşir və davamlılıq qazanır. Əks halda xaos və qeyri-müəyyənlik hökm sürür.

 Xüsusilə təhsil kimi geniş və strateji əhəmiyyətli sahə cəmiyyətin böyük hissəsini əhatə etdiyi üçün hər kəs bu barədə fikir bildirməyə çalışır. Lakin təhsil sahəsi və onu idarə edənlər heç vaxt indiki qədər ümumi tənqid və bəzən də təhqir obyektinə çevrilməmişdir. Bu isə düşündürücü, narahatedici və nəticə çıxarmağı tələb edən bir tendensiyadır.

 Şübhəsiz ki, nöqsanlar və çatışmazlıqlar olub, var və az deyil. İllərlə yığılmış problemlər – bir çox məsələlərin, xüsusilə müəllim və........

© Mia.az