menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nə üçün Mehriban xanım Əliyeva Ulu öndər haqqında arzuladığı kitabı hələ oxumayıb? - MİLLƏT VƏKİLİ YAZIR

24 0
10.05.2026

Zahid ORUC, millət vəkili

***

Azərbaycanın son 30 illik müstəqillik tarixində may ayı təkcə statistik təqvim vahidi deyil, həm də simvolik yüklü siyasi zamandır.

8 may Şuşanın işğalı xalqımızda dərin psixoloji sarsıntı və mənəvi böhran yaratdı. Bir şəhər-coğrafi zirvə təkcə yaşayış məskəni deyildi. Şuşa mədəniyyətimizin paytaxtı olmaqla kifayətlənmir, həm də Pənahəli xandan başlayan, əsrlərlə imperiyalar arasında savaşda əldən-ələ keçsə də azərbaycanlı kimliyini heç vaxt itirməyən qoruyucu qalatək yaşayırdı. 20-ci əsrin sonlarında ərazinin işğalı milli yaddaşda travma, dövlət şüurunda “yarımçıq təqvim və tariximizin Qobustan daş abidələri kimi yazıldığı kitabələrdən məhrum”luq effekti doğurdu.

1992-ci ildə “Dağlarda toy” əməliyyatı ilə Şuşanı ələ keçirən ermənilər cəmisi 400 hektarlıq dağlıq yüksəkliyin sahibi olmadılar, həm də azərbaycanlıları bioloji-fiziki və mənəvi istinadgahdan məhrum etdilər.

May ayı uzun müddət həm qələbə, həm də məğlubiyyət hisslərinin toqquşduğu simvol kimi qalırdı. İnsanlar üç gün ərzində belə kəskin kədər, hərbi yenilmə və uğursuzluq sindromunu İkinci Dünya müharibəsində babalarının şücaəti ilə təmizləyə bilmirdilər. 8 və 9 may - Ulu öndərin doğum tarixi ilə ziddiyyətli siyasi yaddaş zənciri yaradırdı. Azərbaycan məhəlli savaşda uduzmasını faşizm üzərində qələbə ilə uda bilmirdi, “qarışıq simvolik zaman”-təqvimdə də toqquşan qara və qırmızı rənglər kimi qalırdı. Tarixdə kollektiv məğlubiyyətdən çıxan xalqlar - Versal müqaviləsi ilə torpaqlarını və qürurunu itirən alman xalqı kimi yenidən ayağa qalxıb şanlı tarix yazacaqlarına inanırdılar.

Lakin 2020-ci il Vətən müharibəsi ləkələnmiş təqvimi də dəyişdirdi - 8 may sonsuz 8 noyabr əbədiliyi ilə əvəzləndi. Qarabağ Zəfəri ilə may ayı məğlubiyyət və işğalın kölgəsindən çıxdı, qalibiyyətin və tarixi ədalətin simvoluna çevrildi. Beləliklə, yalnız ərazi deyil, həm də qara haşiyəyə alınan günlər, aylar və millətin işğal təqvimi istibdaddan xilas oldu. İndi Ulu öndərin 103-cü ildönümü hesabat və gələcək ideallarla üzvi şəkildə bağlana bilir.

Azərbaycanın birinci vitse-prezidenti və Əliyev məktəbinin yetirməsi Mehriban xanım Əliyevanın siyasi hökmə çevrilən bir açıqlaması var. Birinci vitse-prezident deyir: “Ulu öndər haqqında yazılan və deyilən heç bir əsər son və mütləq fikir, Əhdi Ətiq sayıla bilməz”. Daha sadə dilə çevirsək, xalqımızın Birinci ledisi arzuladığı, dahi liderin layiq olduğu kitabı hələ oxumadığını bildirir. Son dərəcə dəqiq və dərin fikirdir. Lakin səbəbi əsla qələm sahiblərimizin istedadı və miqyası ilə bağlı deyil, hətta dünya şöhrətli istənilən yazıçı növbəti seriya əsərini yaradacaqdı.

Mütləq həqiqət odur ki, Heydər Əliyevi sona qədər dərk və izah etmək mümkün deyil. Hər kəs böyük Dövlət Adamı öz sahə, bilik və dünyagörüşü ölçüsündə qavrayır, ifadə edir. Ona görə də 2040-cı ilin azərbaycanlısı böyük siyasi lideri zamanın fövqündə, yeni obrazda dərk və tərənnüm edəcək. Beləliklə, Ulu öndər davamlı dəyişikliyə uğrayan tarixi fenomendir, “bitməyən siyasi mətn”dir. O, sabit təriflərlə və ya ittihamlarla izah olunan şəxsiyyət deyil, daim yenidən kəşf olunan torpaq və siyasi yüksəklikdir.

Heydər Əliyevin şəxsi........

© Mia.az