Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq… - Seymur Verdizadə yazır
Əslində, belə olmalıydı: Kəndimiz yenidən inşa edildiyi üçün bizi təbrik etməli, xeyir-dua verməliydilər. Deməliydilər ki, yeni evləriniz xeyirli olsun. Cansağlığı ilə yaşayın. Qapılarınıza xeyir işlərə gələk.
Biz də xoş niyyətimizi ortaya qoymalıydıq: “Gözümüz üstdə yeriniz var. Qapılarımız üzünüzə açıqdır”.
Bəs nə baş verdi?
33 ildir yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, darısqal, rütubətli evlərdə çürüyən adamlar evlərinin qapısını açmağa, çırağını yandırmağa macal tapmamış “tənqidçilərin” mülahizələrini dinləməli oldular. Hətta mənim doğma Soltanlımı konslagerə bənzədənlər də........
