menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

5 əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt

26 0
23.04.2026

 

Alsu

***

23 Aprel həm Dünya İngilis Dili Günü, həm də "Eyvon şairi" hesab olunan Uilyam Şekspirin doğum və vəfat günüdür. “Hamlet”, “Maqbet”, “Romeo və Cülyetta” kimi ölməz  əsərlərin müəllifinin həyatı olduqca maraqlı, müəmmalı məqamlarla doludur.

1.     8 uşaqlı ailənin ən böyüyü olan Uilyam Şekspir orta təbəqəli bir ailədə böyümüş, atası dəri, yun, o cümlədən əlcək satışı ilə məşğul olmuşdur. Müəllifin doğum və ölüm tarixinin eyni olduğu məsələsi isə olduqca mübahisəlidir. Belə ki, kilsə qeydləri Şekspirin 23 aprel 1616-cı ildə vəfat etdiyini təsdiqləsə də, Şekspirin dəqiq hansı gün doğulduğu barədə heç bir rəsmi doğum şəhadətnaməsi yoxdur (o dövrdə belə bir sənəd yox idi). Lakin kilsə qeydlərində onun 26 aprel 1564-cü ildə vəftiz olunduğu yazılıb. O dövrün ənənəsinə görə, körpələr doğulduqdan təxminən 3 gün sonra vəftiz edilirdi. Bununla da, Şekspirin doğum günü 23 aprel kimi qəbul edilib. Eyni zamanda , aprelin 23-ü İngiltərənin himayədarı olan Müqəddəs Georgi Günüdür (St. George's Day). İngilislər öz ən böyük şairlərinin məhz bu milli gündə doğulub-öldüyünə, bu "mükəmməl təsadüf"ə inanmağı seçirlər. Hər il dünyanın hər yerindən, o cümlədən Şekspirin doğma şəhəri Stratford-apon-Eyvondan insanlar dramaturqun doğum gününü qeyd etmək üçün toplaşır.

2.     Dram, faciə, komediya, tarixi kimi müxtəlif janrlarda 38 pyes müəllifi Şekspir olduqca məhsuldar yaradıcılığa malikdir. Bundan əlavə, o, çoxlu sayda şeirləri, xüsusən də sonetləri ilə tanınır. Təkcə 1609-cu ildə o, 154 sonetini çap etdirib.

3.     Bütün ədəbi dahiliyi ilə yanaşı, Şekspir həm də “fərasətli” biznesmen idi.  Belə ki, vergilərdən yayınan şair eyni zamanda qıtlıq dövründə sonradan baha qiymətə satmaq üçün qanunsuz........

© Mia.az