"Reallıqları görmədən tənqid axınına qoşulmaq doğru deyil" - Vahid Tağıyev yazır
Vahid Tağıyev
Təcrübəli, qabaqcıl təhsil işçisi
***
Hazırda təhsilimizin çoxillik mənzərəsini təsvir etmək fikrində deyiləm. Ancaq uzun illərin təcrübəsi və bu prosesin iştirakçısı olmaq mənə bəzi həqiqətləri görmək imkanı verib.
Bu gün həmin həqiqətlərdən yalnız biri üzərində dayanmaq istəyirəm.
Hazırda təhsil işçilərinin təlim-tərbiyənin keyfiyyətinə xidmət etməyən, bəzən isə lazımsız yazışmalarla yüklənməsi reallıqdır. Təhsil ictimaiyyətinin bu məsələlərlə bağlı narazılığı da başadüşüləndir.
Ancaq elə həqiqətlər var ki, illərlə həllini gözləyən ciddi problemlərə çevrilmişdi və bunu da unutmamalıyıq.
Xüsusilə müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikatlaşdırılması uzun illərdir müzakirə olunan mövzulardandır. Hər kəs bu məsələyə öz baxış bucağından yanaşaraq münasibət........© Mia.az
