İkiüzlü olmayın, kişi olun!
Seymur Verdizadə
***
İyirmi-iyirmi beş il əvvəl Avropa ölkələrindən birinin səfiri Gədəbəyə gedib. Belə səfərlər diplomatların fəaliyyət planına daxil olduğu üçün burada təəccüblü, qeyri-adi heç nə yoxdur. ABŞ səfiri Riçard Morninqstarın Şəkidə pitinin içinə çörək doğrayıb qırmızı soğanla yediyini özüm görmüşəm...
Hövsələsiz olmayın, mətləbə keçirəm. Yerli icra hakimiyyətinin rəhbər şəxsləri avropalı diplomatın pişvazına çıxıblar. Onu rayonda aparılan quruculuq işləri ilə tanış edib, təkcə görülən deyil, həm də görülməyən işlərdən danışaraq səfiri xeyli təəccübləndiriblər.........
