Danışanda ağzından bal damırdı... - Seymur Verdizadə yazır
Seymur Verdizadə
***
Tezliklə Soltanlıda işıqlar yanacaq. Hicran, həsrət yaraları vüsal məlhəmi ilə şəfa tapacaq. Soltanlı camaatı ata yurdlarında ocaq çatacaq, niyyət tutacaq, qonaq qarşılayacaq...
Qonaqlı-qaralı evdə böyümüşəm. Qatığın qaymağını, döşəyin yumşağını qonaq üçün saxlamışıq. Əlimiz açıq, ürəyimiz geniş olduğu üçün Allah-Təala öz səxavətini bizdən əsirgəməyib. Biz verdikcə, O başımızdan töküb...
Yazda-yayda həyətimizdəki iri tut ağacının altında yemək yeyərdik. Anam qazanın qapağını qaldıranda, belə deyərdi: “Allahım, uzaqdan gələn, yorulan,........
