Psixoloji məsafə və qərarvermə: Uzaqlığın düşüncəyə təsiri
Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;
Psixoloji məsafə və qərarvermə: Uzaqlığın düşüncəyə təsiri
Mənim təcrübəmə dayanaraq deyə bilərəm ki, insanlar hər zaman eyni hadisəyə eyni şəkildə yanaşmırlar. Hətta bəzən özümüz belə, bu gün fərqli qərar verdiyimiz məsələyə sabah tam başqa cür baxa bilirik. Müşahidələrimə əsasən, bu dəyişkənliyin səbəblərindən biri də psixoloji məsafə adlanan anlayışla bağlıdır.
Əgər bir hadisə bizə çox yaxın görünürsə – həm fiziki, həm də emosional baxımdan – o zaman ona daha emosional və bəzən də impulsiv yanaşırıq. Ancaq məsafə artdıqca – məsələ zamanla, məkanca və ya emosional olaraq bizdən uzaqlaşdıqca – fikirlərimizdə daha çox soyuqqanlılıq, analiz və uzaqgörənlik ön plana çıxır.
Məncə, psixoloji məsafə qərarlarımızın emosional və ya rasional olmasını müəyyənləşdirir
Düşünürəm ki, gündəlik həyatımızda verdiyimiz qərarların bir çoxu psixoloji məsafədən təsirlənir. Məsələn, yaxın dostumun başına gələn bir hadisəyə dərhal reaksiya verirəm, onu qorumağa və ya problemi dərhal həll etməyə çalışıram. Amma eyni vəziyyəti bir tanımadığım insana aid eşitsəm, daha soyuq və uzaq bir mövqedən yanaşıram. Bu hal mənə göstərir ki, emosional yaxınlıq bizi daha tez reaksiya verməyə, psixoloji uzaqlıq isə daha düşünülmüş davranmağa sövq edir.
Bu mənada mənim üçün psixoloji məsafə təkcə bir “uzaqlıq hissi” deyil, həm də qərarlarımızın şəkillənmə prizmasıdır. Məncə, bu prizma dəyişdikcə,........
