menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Eyni ailədə böyüyən uşaqlar niyə fərqli xarakter və dünyagörüşünə sahib olurlar?

10 0
20.11.2025

BAKI, Azərbaycan

Bəzən valideynlər təəccüblənirlər ki, eyni ailədə, eyni şəraitdə böyüyən uşaqlar necə bu qədər fərqli ola bilərlər. Bir uşaq mehriban, sosiallider ruhludursa, digəri sakit, qapalıöz dünyasında yaşamağa üstünlük verə bilər. Halbuki onların eyni valideynlərdən tərbiyə aldığı düşünülür. Əslində isə hər bir uşaq eyni ailədə belə, tamamilə fərqli emosional və sosial təcrübələr yaşayır. Bu fərqlər bir neçə əsas amillə izah olunur.

Ailə içində uşağın doğuluş sırası onun xarakterini və emosional dünyasını ciddi şəkildə formalaşdıra bilər.

Böyük uşaq: Adətən ailənin ilk övladı daha çox məsuliyyət hiss edir. Çünki valideynlər ilk dəfə valideyn olduqları üçün daha qayğıkeş, eyni zamanda daha tələbkar olurlar. Böyük uşaqlar tez-tez “ağıllı olmalısan”, “kiçiklərə nümunə olmalısan” kimi ifadələrlə böyüyürlər. Bu, onlarda liderlik və ciddi xarakter yarada bilər, eyni zamanda, emosional yük formalaşdıra bilər. Çünki onlar tez-tez valideynlərinin gözləntilərini qarşılamaq üçün öz emosiyalarını sıxışdırmalı olurlar.

Ortancıl uşaq: Bu uşaqlar ailədə həm böyük, həm də kiçik arasında qaldıqları üçün tez-tez “unudulmuş” hiss edə bilərlər. Onlar özlərinə diqqət çəkmək üçün ya ünsiyyətcil, ya da tam əksinə, sakit və özünə qapanıq olurlar. Məsələn, əgər böyük uşaq artıq valideynlərin gözündə məsuliyyətli bir lider kimi formalaşıbsa, ortancıl uşaq fərqlənmək üçün üsyankar və sərbəst xarakterli ola bilər.

Kiçik uşaq: Adətən ailənin ən kiçik övladı daha az məsuliyyət daşıdığı üçün daha rahat böyüyür. Onlar çox vaxt valideynlərin ən yumşaq münasibət göstərdiyi övladlar olur. Bu da onların daha açıq, emosional və bəzən daha asılı xarakterə sahib olmalarına gətirib çıxara bilər. Kiçik uşaqlar tez-tez öz istəklərini göz yaşları və ya şirin dillə ifadə........

© Dikgazete.com