menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Çadrasını atan bütün qadınlara baş əyirəm

32 0
30.01.2026

Avropadayam, çox sevdiyim və tez-tez getdiyim şəhərdə. Bu gün qəfil hiss elədim ki, elə hey gülümsəyirəm. Hara baxıramsa, kimi görürəmsə, gülümsəyirəm...

Qeyri-adi nəsə baş verməmişdi. Xüsusi bir səbəb yox idi, sıradan bir gündü. Amma... İçimdən gəlirdi, gülümsəyirdim - tanış olduğum, söhbət etdiyim, sual verdiyim, söz soruşduğum hər kəsə. Küçədə tanımadığım insanlara, restoranda və kafedə ofisiantlara, mağazalarda satıcılara. Hətta zarafat da edirdim...

Avropalıların adi etiket rutinidir gülümsəmək - sıradan, soyuq... Mənim təbəssümümsə səmimiydi, sidq ürəkdən idi. Ən önəmlisi, rahat idim, sıxılmırdım, utanmırdım, çəkinmirdim, gərgin deyildim. Bütün narahatlıqlardan arınmış kimi yüngül idim...

Hiss edirdim ki, ünsiyyətdən zövq alıram - mehriban baxışdan, nəzakətli səsdən, sadə bir “salam”dan, insanın insanla mədəni təmasından. Sən gülümsəyirsən, onlar qarşılıq verirlər - yəqin ki, onlarçün gündəlik, fərqində olmadıqları rutin, amma sənin üçün huzurun, bəxtəvərliyin və xoşbəxtliyin yeni bir şəkli...

Sonra xatırlayıram: əvvəllər belə deyildim. Bəzən heç təbəssüm yadıma düşməzdi. Ən sevincli anlarda da, ünsiyyət norması, etiket kimi əhəmiyyətli, vacib məqamlarda da. Sanki mənə gülümsəməyin, qayğısızlığın dərsini keçməmişdilər, öyrətməmişdilər...

Uşaqkən də...

Yeniyetməykən də...

Gənclik illərində də...

Sanki çiyinlərimdə ağır yük vardı. Həmişə yorğun və qaşqabaqlı idim. Bəzən səbəbli, bəzən səbəbsiz. Gülümsəyə bilmirdim. Elə bil içimdə görünməz-bilinməz bir əyləc vardı. O gözəl duyğuları sıxırdı, saxlayırdı, gizlədirdi...

İndi özümdən soruşuram: niyə?

O qədər səbəb sayaram ki...

Keçmişdə keçmişdən gələn komplekslər, travmalar, çəkingənliklər, utancaqlıqlar, qorxaqlıqlar vardı...

Qız, qadın olmağın səssiz, amma ağır tabuları vardı - davranışlara hopan klassik qadağalar: “Artıq gülmə”, “Çox danışma”, “Başıaşağı ol”.

Yəni nə olursan ol, özün olma...

Bu saysız-hesabsız "olmaz"lar özünü, özün olmağı unutdurduğu kimi, gülümsəməyi də, gülümsəyərək günəş kimi parlamağı, parıldamağı, işıq saçmağı unutdururdu,........

© axar