Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...
Əvvəlcə məlumat belə yayıldı ki, “Şəki yaylası” adlı istirahət məkanında kanat trosunun qırılması nəticəsində Coşqun Məmmədov yerə düşüb və dünyasını dəyişib; qopan tros yerdə olan Ucal Bayramova da dəyib və o da həlak olub.
Sonra hər iki şəxsin kanatdan istifadə edərkən trosun qırılması nəticəsində vəfat etdikləri haqda məlumat yayıldı.
Coşqun Məmmədovun 31 yaşı varmış, bu ay ailə quracaqmış - demək, iki ailə bədbəxt oldu!
Ucal Bayramov isə evlilik ildönümünü qeyd etmək üçün bu əyləncə məkanına gedibmiş - bir ildir ailə qurubmuş və demək, bu faciə də bir ailə ilə yekunlaşmır.
Faciədir, əlbəttə və bu faciəvi hadisəni “Şəki yaylası”nın sahibi, administratoru, işçiləri qətiyyən arzulamasa da, ortada bir səhlənkarlıq var.
İlkin ehtimallar da bu istiqamətdə idi!
Elə ki “Şəki yaylası”nın sahibinin məşhur iş adamı, “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzov olduğu üzə çıxdı, ehtimallar da dəyişdi!
Bir kanal əməkdaşının “hadisə yerindən” dediklərinə baxaq: adam əvvəlcə Şəki turizminin........
