Sülh, yoxsa müharibə? - Vüqar Abbasov yazır
Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış məqaləmi Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/peace_or_war-93682/
Azərbaycan xalqı sülh istəyir. Erməni xalqı isə bu sualın cavabını qarşıdan gələn parlament seçkilərində verəcək.
Hazırda dünyanın bir çox ölkələrinin diqqəti həm də Cənubi Qafqaza yönəlib. İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsi regiondakı mövcud vəziyyətə ciddi təsir göstərə bilər. Əgər Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya yenidən qalib gəlsə, regionda uzunmüddətli sülhün yaranacağına inananların sayı az deyil. Çünki Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Rusiya meyilli siyasi qüvvələr isə Paşinyanı Qarabağı Azərbaycana “satmaqda” ittiham edir və açıq şəkildə bəyan edirlər ki, hakimiyyətə gəlsələr, yenidən Rusiya yönümlü siyasət aparacaq və Qarabağ uğrunda müharibəyə başlaya bilərlər. Bu mövqeni həm Robert Koçaryan rəhbərlik etdiyi “Hayastan” Alyansının, həm Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” alyansının, həm də Paşinyana qarşı olan digər siyasi qüvvələrin seçki kampaniyalarında görmək mümkündür.
Paşinyan isə Ermənistanın istiqamətini açıq şəkildə Qərbə və Avropaya çevirdiyini gizlətmir. Rusiya rəhbərliyi də bunu görür və Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistandakı revanşist........
