Kim qalib gələcək: rejim, yoxsa xalq? - Vüqar Abbasov yazır
Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış son yazımı “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid: https://www.european-news-agency.de/politik/who_will_prevail_the_regime_or_the_people-9285
***
İranda etirazlar davam edir. Hazırkı genişmiqyaslı etirazlar 28 dekabr 2025-ci il tarixindən başlayıb. Hadisələr ilkin olaraq Tehranda ticarət mərkəzlərində inflyasiyanın kəskin artmasına və milli valyuta olan rialın sürətlə dəyərdən düşməsinə qarşı iqtisadi tələblərlə ortaya çıxsa da, qısa müddətdə ölkənin bir çox şəhərinə yayılaraq siyasi xarakter alıb.
12 yanvar 2026-cı il tarixinə olan məlumata görə, toqquşmalar nəticəsində 500-dən çox, bəzi mənbələrə görə isə 600-ə yaxın insan həlak olub, minlərlə şəxs həbs edilib. Hakimiyyət etirazları yatırmaq məqsədilə 8 yanvar 2026-cı ildən etibarən ölkə üzrə internet blokadası tətbiq edib. Bu faktlar mövcud rejimin baş........© Ədalət
