DUYĞULU ÇİÇƏKLƏRDƏN LƏÇƏKLƏR - Vaqif Yusifli yazır
(Bənövşə Daşdılının yeni şeirlər kitabı haqqında)
Bənövşə Daşdılı (İbadova) Laçın rayonunda dünyaya gəlib. İxtisasca psixoloqdur. Uzun müddət Bakıda, Yasamal rayonunda – 18 saylı Pilot məktəbində müəllimlik edib. Şeirə, ədəbiyyata həvəs elə Laçında-Daşdılı kəndində-məktəb illərində başlayıb. Sonralar bu həvəs – şeirə sonsuz məhəbbət onu poeziya aləminə gətirdi. Şeirləri ədəbi almanıxlarda, qəzet və jurnallarda çap olundu. 2018-ci ildə Türkiyənin Sivas bölgəsinin yazarlar və şairlər birliyində bekir Alimin redaktorluğu ilə dərc olunmuş şeirlər toplumunda onun şeirlərinə də yer ayrılıb. Türkiyədə dərc olunan «100 yılında 100 kelme» – «ATATÜRK VƏ ÇANAKKALE» hadisələrinə həsr olunmuş şeirləri ödullərə layiq görülüb. Şairənin indiyə qədər «Yurd həsrəti», «Bənövşəsi solan Laçın», «Səndən aralı», «Sən yanımda olmayanda», «Ünvansız səfərə çıxmağım gəlir», «Unutdum desəm, inanma», «Nə sən həmənkisən, nə mən həmənki», «Hərdən məni yada sal» şeir kitabları işıq üzü görmüşür.
Mən Bənövşə Daşdılının «Ünvansız səfərə çıxmağım gəlir» şeirlər kitabına (2016) «Bənövşənin bənövşələri» adlı ön söz yazmışam. Həmin ön söz Bənövşə Daşdılının bu şeiri ilə başlayırdı:
Həsrətn ağırdır, çəkə bilmirəm,
Üzümə bağlıdır yolu dağların.
Daha öz yurduma dönə bilmirəm,
Uzanılı qalıb qolu dağların.
Kəkotu, əvəlik, qırxbuğum, şomu,
Özgədir ləzzəti, başqadır tamı.
Min dərdə dəvadır bir gülün qomu,
Sinəsi dərmanla dolu dağların.
Beşbulaq yaylağı, Bacılı düzü,
........
© Ədalət
