menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Daşın üstündə oturmuş şair - İlqar RƏSUL yazır

24 0
04.06.2026

AQİL ABBASIN “RƏMİŞ”İ HAQQINDA

Roman boyu bir uşaq yağışın altında qaçır, bir bulud da çətir olub onun başı üzəri ilə uçur ki, islanmasın... Bütün bunları göydən mələklər, yerdən şair müşahidə edir. Axırda mələklər o uşağı göylərin ənginliklərində, şair kitabın arasında yaşadır...      

HƏR DAHİ SƏNƏTKARIN YANINDA BİR AQİL ŞAİR OLMALIDIR

Tanrı bizim ikimizi də eyni şəhərdə bu dünyaya gətirib deyə az-çox Rəmiş haqqında məlumatım var idi (tanış deyildik). Qonşuda toyda görmüşdüm, 1 may günü paradda görmüşdüm və s. Elə orta məktəbdə oxuyarkən müəllimlərimizdən biri də hərdən onun haqqında nələrsə danışırdı bizə. Deyirdi Rəmişlə qonşuyuq: "Bir axşam nərd oynayırdıq, qapı açıldı, bir xanım girdi həyətə (bəlkə evə-İ.R.), gəldi, görüşdü, dedi, Rafiq, qalx, gedirik Tiflisə, bizi gözləyirlər, toydur, hamı səni arzulayır, camaata  söz vermişəm, təcili çıxmalıyıq. Rəmiş getmək istəmədi, qadın əl çəkmədi, mən də dedim, day o qədər yolu gəlib, höcətlik eləmə, axırda gedəsi oldu. Getdi, toyu yola verdi, Borçalı camaatı başına ətək-ətək pul tökdü, iki gün orada qalıb o pulların hamısını tanış-bilişə xərclədi, pulsuz-pənəsiz qayıtdı, gəldi..."

Bunu müəllim danışmışdı bizə dərs vaxtı. İllər sonra işimlə əlaqədar özüm söhbət edəsi oldum Rəmişlə. 2010-cu illər idi. Müsahibə almaq üçün Rəmişi redaksiyaya dəvət elədim, gəldi, danışdıq, maraqlı söhbətimiz oldu. Düşündüm, bir az da artıq tanıdım Rəmişi. Amma sən demə bu da tanımağın sonu deyilmiş....

Bu günlərdə yazıçı Aqil Abbasın yenicə nəşr olunmuş "Rəmiş" kitabını oxudum. Yeri gəlmişkən, müəllifin özü romandakı iki əsas obrazdan biridir və Rəmiş onu əsər boyu şair adlandırır. Nə isə...

Kitab mənə bu dünyanın bəlkə də ən sərgərdan sənətkarı haqda çox şey danışdı və sonda dedi ki, əslində sən Rəmişi indi tanıdın. Sözsüz ki, bu tanışlıqla da "Rəmişi tam tanıdım" demək olmaz. Belə adamları ən yaxşı tanıyanlar da tam tanıya bilmirlər. Görünür, ruhun sirri Allah yanında olduğu kimi, belə qeyri-adi........

© Ədalət