Yaxşı adamlar gün işığdı... - Faiq QİSMƏTOĞLU yazır
Bu dünyada çox şeyə etibar yoxdu...Elə dünyanın özünə etibar qalmayıb... O ki, qala insanlar ola... 40 il çörək kəsdiyin adam sənə dönük çıxır... Onu ağır günündə bir dəfə yanında görmürsən! Çünki çörəyi dizinin üstündədi... Düşünürsən ki, heyf ötən günlərə gör kimə dost demişəm!
Amma burda sənin heç bir günahın olmayıb. Və sənin də çörəyinin duzu olub. Ancaq " dost" dediyin o yaramaz insanın duzu olmayıb... Ona görə də nə dünyadan küsməlisən, nə də insanlardan ! Və mən də heç vaxt dünyadan da inciməmişəm, insanlardan da! Çünki dünya gözəl dünyadı və gözəl də insanlar var. Dünyanı o gözəl, o yaxşı, o çiçək, o mələk insanlar xilas edəcək... Səmimi danışmaq hələ səmimi olmaq demək deyil.Bilirsiniz niyə! Səmimi danışmaq o vaxt özünü təsdiq edir ki, o adamın əməli səmimi olur.
O qədər səmimi danışıb , qeyri- səmimi insanlar var. Televizorda çıxışına baxırsan və deyirsən ki, ay Allah görəsən , bundan səmimi insan varmı! Amma həyatda........
