menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mənim Əvəz əmim... - Faiq QİSMƏTOĞLU yazır

18 0
11.11.2026

Əslinə qalanda bu sözləri onun yanında  heç vaxt deyə bilməzdim! Heç oğlanları- İbrahim (biz ona  İbiş deyərdik və orta məktəbi gümüş medalla bitirmişdi, bir " 5" alıb Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuşdu), Mətləb, Rəhman, Qəhrəman da  ona məktəbdə " ata" deyə bilməzdi! Deyərdilər  Əvəz müəllim onları elə günə qoyardı ki, o " dərs" ömrü boyu yadlarından çıxmazdı! Nə isə.. Elə bil ki, mövzudan kənara çıxdım ey!  

Əvəz Əliş oğlu Əliyev Füzuli təhsil sistemində öz yeri, öz nüfuzu, öz mövqeyi olan böyük ziyalılardan, böyük müəllimlərdən olub! Daha  doğrusu, belərinə  " müəllimlər müəllimi " demək olar. O, illərdə Füzulidə beş müəllimdən, beş məktəb direktorundan biri olub. Təhsil şöbəsinin müdiri Hüseyn müəllim kimi  bir şəxsiyyət olub Əvəz müəllim! Və hər ikisi də bir- birilə çox möhkəm dostluq edib! Ömürlərinin sonuna kimi haqqı- salama, duz- çörəyə sədaqətli olub. Əvəz Əliyev uzun müddət Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki orta məktəbdə direktor işləyib! Və biz elə........

© Ədalət