Dost gedib, özümə gələ bilmirəm... - Faiq QİSMƏTOĞLU yazır
... Yaxşı dost qardaş kimidi... Və onlar həmişə bir tikə çörəyini dörd yerə bölüblər... Mənim də bir tikə çörəyini dörd yerə bölən dostlarım olub... Özü də onlar çox olmayıb ; cəmi dörd dost! Əhliman Əliyev, İlham Rəcəbov, Mahmud Qacar , Səməndər Məmmədov! Bu dostlarımın hamısı Allahın dərgahına qovuşub və onlar Azərbaycanın ən böyük ziyalısı, şairi, filosofu idilər. Onlar insan deyildilər, mələk idilər.
Tanıdığı və tanımadıqları adamların hamısına yaxşılıq eləmişdilər. Və bu yaxşılıqları onların çöhrəsinə hopmuşdu. Çöhrəsindən nur yağan dostlarımı professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının dili ilə demiş olsaq, " bir- bir itirdim". Sonuncu sağ dostum, qardaşım, 35 il qonşu olduğum Prezident təqaüdçüsü, şair-publisist, böyük pedaqoq Səməndər Eyvaz oğlu Məmmədovu Novruz bayramı günlərində itirdim.Düzdür,o,72 il yaşamışdı, ancaq onun qəlbi ,ürəyi çox işıqlıydı. Mən onun qədər hamıya yaxşılıq eləyən çox az görmüşəm.35 il məktəb direktoru işləmisdi. Tələbkar və ciddi idi. Həmişə də işlədiyi pedaqoji kollektiv ondan razılıq eləyirdi.
Çünki direktor kimi Səməndər müəllim gözünün işığı olsa da , haqqı, nahaqqa verən deyildi.Elə ona görə də, məktəbdə onu hamı çox istəyirdi;çünki o, müəllimlər müəllimi idi. Çox istedadlı ziyalı kimi bir tarix yazmışdı. Onun müxtəlif yığıncaqlarda qeyri - adı çıxışları, bal kimi söhbətləri dinləyənlər heyran edirdi. Professor Məhərrəm Qasımlı deyir ki,bir tədbirdə........
