"Ferrari" ilə xoşbəxt olmayan adama Tanrının lütfü - Aydın Bağırov yazır
Bu yazıya liderliyin təntənəsi adını da qoya bilərdim...
O təntənə ki, Afrika Millətlər Kubokunun final oyununda yaşandı. Ona görə də bu finalı yaxşı-yaxşı yadınızda saxlayın.
Finalı da yox, finalın qəhrəmanını - həm böyük futbolçu, həm də böyük insan olan Sadio Maneni.
Onun öz xalqı və doğma Seneqalı üçün etdiyi xeyirxahlıqlar sirr deyil. Məhz belələri üçün "sağlığında cənnəti qazanan insan" deyirlər. "Liverpul", "Bavariya", indi isə "Əl-Nəsr"də qazandığı milyonları 33 yaşlı bu vətənpərvər haralara xərcləmir ki?
Kasıb vətənində müasir xəstəxanalar və məktəblər tikdirir, bir çox aztəminatlı ailəyə aylıq maaş ayırır, uşaqların təhsili üçün onlara kompüter və digər məktəb........
