menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ürəyimdəkiləri kağıza köçürmək cəhdi - Əbülfət Mədətoğlu yazır

8 0
latest

Fikir  düyünlərinin çözümsüzlüyü

Illərin axarında əlimi günlük edib baxıram. Və  baxa-baxa da düşünürəm. Arxada qalan bu illər mənə, çevrəmə nələr verdi və məndən, çevrəmdən nələr aldı. Əslində həm də mənim özümlə etdiyim sorğu-sualdı. Bu sorğu-sualın  ikinci iştirakçısı da illər, yəni zamandı. Bax, bu zamanın məhəng daşı o qədər ağır, həm də dürüstdür ki, onu sallaşıb, çəkib nə əymək mümkündü, nə də nizamını pozmaq. Deməli, elə mizan-tərəzi anlayışı da heç təsadüfi deyilmiş. Onun da canında-qanında bax elə həmin o zaman daşının hökmü varıymış. Mən də həmin o hökmün qarşısında susmağa çalışıram. Çünki başqa bir addımı atmağa, müqavimət göstərməyə nə gücüm yoxdu, nə də o güc olsa belə axına qarşı üzmək divara baş vurmaqdı. Bunu bir az da çılpaqlasam, deyə bilərəm ki, lap iynə ucu boyda ağlı olan kəs də başını divara vurmaz. Təbii ki, dəlidən və intihar etmək istəyəndən başqa...

Hə, söhbət dəlilikdən düşmüşkən... Bununla bağlı mənim dünya görüşüm Məcnun sayaqdı. Ona görə də hərdən özümü lap Məcnundan da Məcnun sayıram. Şair demişkən, özümü yeni əsrin Məcnunu kimi hiss edirəm.

Və bu məcnunluğu da vurğulamaqda məqsədim odur ki, dəliliklə məcnunluğun kökündəki eyniliklə fərqliliyin barəsində  imkan olduqca birlikdə düşünək. Məncə düşünmək heç vaxt gec də deyil, ziyanlı da deyil.

Əksinə, düşündükcə, qarşında yeni çalarlar, yeni mənzərələr açılır. Həmin mənzərələrin də özünün ifadəsi, özünün təqdimatı adamın ruhunu da çəkir, ürəyini də çəkir. Bir də görürsən ki, nə qədər yeniliklə üz-üzəsən, baş-başasan. Və...

Bəli, bütün bu dediklərim təbii ki, zamanın içərisində əriyən ömrün özünün daxilində baş verir. Bunu bir sən bilirsən, bir Allahın bir də səni dəli edən, Məcnuna çevirən. Doğrudur, belə bir fikir var ki, iki adamın bildiyi heç vaxt sirr olmur. Ona görə də Allahın........

© Ədalət